Главная > gundem / medeniyyet / ust / manset > Azərbaycan Respublikasının Birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya "Mehriban xanım" şerimi bəyan edirəm.

Azərbaycan Respublikasının Birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya "Mehriban xanım" şerimi bəyan edirəm.


26-08-2018, 15:40. Разместил: rovshen
Azərbaycan Respublikasının Birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya  "Mehriban xanım"  şerimi bəyan edirəm.

Mediya Məlumat Mərkəzinin aparıcı simalardan biri olan,Tanınmış publisist yazar Aygün Hüseyn - nin ,Birinci Vitse prezident Mehriban xanım Əliyevaya xoş səmimi duyğularla itihaf etdiyi şeri sizlərə təqdim edirik.

"Mehriban xanım"

Nəcib əməllərlə gülür həyatın,
Bir gözəl anasan, bir əziz qadın.
Özünə bənzəyir mehriban adın,
Gözəllər gözəli Mehriban xanım.

Ülfətin bəzəyir sevgi sətrini,
Səpirsən qəlblərə ümid ətrini.
Ellər uca tutur daim xətrini,
Gözəllər gözəli Mehriban xanım.

Yurdum gül üzünə açıb qucağın,
Məhəbbət qoxuyur hər ötən çağın.
İlhamla isinir sevgi ocağın,
Gözəllər gözəli Mehriban xanım.

Gözəl əməllərin məhəbbətlə tən,
Ruhun gözəlliyə vurğundu qəlbən.
Sənə əhsən deyir anamız Vətən,
Gözəllər gözəli Mehriban xanım.



AYGÜN HÜSEYN


MEDİA MƏLUMAT MƏRKƏZİNİN - Baş redaktorub birinci müavini
İraq Türkmən Yazarlar Birliyinin üzvi , Qardaş Türkiyənin Sivas
üzrə Azərbaycan Təmsilçisi


Вернуться назад