Главная > gundem / ust > Polkovnikin ölümünə səbəb olan şirkət rəhbərinə cinayət işi açıldı

Polkovnikin ölümünə səbəb olan şirkət rəhbərinə cinayət işi açıldı


29-08-2018, 12:53. Разместил: rovshen
Polkovnikin ölümünə səbəb olan şirkət rəhbərinə cinayət işi açıldı

"Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu 10.07.2017-ci ildə "İdeal-inşaat” MMC-yə məxsus MTK-nın 200 ailəyə xidmət göstərən komendant otağını güc tətbiq edərək zəbt etməsi barədə daxil olmuş şikayət əsasında Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 322 (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb.

Millitv.az Azinforum.az-a istinadən xəbər verir ki, hazırda cinayət işi Bakı şəhər Prokurorluğunun nəzarətindədir. Xatırlatmaq istəyirik ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərək, yol-nəqliyyat hadisəsi törətmişdi. Bu hadisə Müdafiə Nazirliyində xidmət edən polkovnikin ölümünə səbəb olmaqla gündəmə gəlmişdi.

Yazıda adları çəkilən şəxslə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.
Вернуться назад