Главная > gundem / video > DYP-nin reydində gərgin anlar: "Gözlə ödəyim bu zəhəri sonra yazda" - VİDEO

DYP-nin reydində gərgin anlar: "Gözlə ödəyim bu zəhəri sonra yazda" - VİDEO


27-08-2018, 14:45. Разместил: rovshen
DYP-nin reydində gərgin anlar: "Gözlə ödəyim bu zəhəri sonra yazda" - VİDEO

Yevlax rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşlarının şəhərin müxtəlif hissələrində keçirdiyi reyd zamanı 40-dan artıq avtomobil saxlanılıb.

Avtomobillərdən 20-nin sürücüsünə cərimə tətbiq edilib. Sürücülərdən bəziləri polis əmakdaşları ilə razılaşmayaraq cərimə yazılmasına etiraz ediblər.

Reyddə polisin saxla əmrinə tabe olmayanlarla yanaşı, müxtəlif qayda pozan sürücülər də aşkarlanıb onaların barəsində də qaydalara uyğun olaraq tədbirlər görülüb.

Yol polisinin şəhər ərazisində keçirdiyi reydlər davam edəcək.(report)



Вернуться назад