Главная > gundem / sou > "Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?"

"Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?"


22-08-2018, 12:00. Разместил: rovshen
"Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?"

Əməkdar artist Cavanşir Məmmədovun bir neçə müddətdir ki, geydiyi qısaqol kostyumu gündəm olub. Sosial şəbəkədə buna görə müğənnini qınayanlar da var.

Sonxeber.az xəbər verir ki, C.Məmmədov Moderator.az-a açıqlamasında belə adamların modadan xəbərsiz olduqlarını bildirib:

"Xaricə gedib özümə kostyum almışam. Əynimə kostyum geyməməliyəm? Bu kostyumları Əliağa Vahid, N.Xuruşov, L.Brejnev və sair adamlar geyinib. Bu yay kostyumudur. Sovet dövründə bu kostyumu dövlət adamları geyinib. Qısaqol köynək geymək olar, amma qısaqol kostyum geymək olmaz? Çılpaq gəzən oğlanları, qolunun altının, sinəsinin tükü görünən adamları, cırıq şalvar geyənləri gündəmə gətirmirlər, amma Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər. Sizlər bunun müdafiəsində olmalısınız, zövqsüz adamlar qanmazlar bu kostyum nədir.

Türkiyədən bu kostyumları 250 dollara almışam. Biri üç yüz dollar idi, sadəcə iki kostyum aldığım üçün iki yüz əlli dollara verdilər. Əcəb işə düşmüşük, köynək geyirsən tənqid edirlər, kostyum geyirsən tənqid edirlər. Burda tənqid etmək üçün əsas yoxdur. Bir neçə saytlar var ki, bunu bilərəkdən edirlər. Belə şeylər qətiyyən mənim vecimə deyil, əslində mənə gülməli gəlir ki, görün bunlar nə gündədi hələ bilmirlər yay kostyumu necə olur. Biz sənət adamları dünya modasını Azərbaycana gətirməliyik, çünki ölkəmiz turizm ölkəsidir. Şou biznes dünyasında "Rolls-Royse" avtomobilini Azərbaycana mən gətirmişəm. Pulum çox olmayıb, ürəyim böyük olub. O biri avtomobilimi, bağımı satıb bunu almışam. Mən bir dəfə yaşayıram".
Вернуться назад