Главная > gundem / dunya > Qətərin ardınca Çindən də Türkiyəyə dəstək gəldi

Qətərin ardınca Çindən də Türkiyəyə dəstək gəldi


16-08-2018, 14:30. Разместил: rovshen
Qətərin ardınca Çindən də Türkiyəyə dəstək gəldi

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən Türkiyənin dolların məzənnəsinin artması ilə bağlı investorlara çağırışının ardından Çindən də dəstək gəlib.

Millitv.Az qaynarinfo.az-a istinadən bildirir ki, dünyanın ən nəhəng şirkətlərindən olan "Alibaba" iyulda aldığı "Trendyol" şirkətinə 1 milyard dollarlıq sərmayə qoyacağını açıqlayıb. Həmçinin yaxın vaxtlarda bir neçə dəfə Türkiyəyə gələn şirkət rəsimilərinin İstanbulda yeni mərkəz açmağı planlaşdırdıqları və bunun üçün ərazi baxdıqları bildirilib.

Qeyd edək ki, keçdiyimiz günlərdə Çin hökuməti tərəfindən yayımlanan "Çin və Dünya Ticarət Təşkilatı" adlı kitabda Türkiyə ilə geniş iqtisadi əlaqələrə yer verilərək, "Güclərimizi birləşdirək" çağırışı edilmişdi.
Вернуться назад