Главная > manset > «İlham Qasımov Gülağa Tənhanın ziyanını tam ödəsə də həbsdən buraxılmır…» - VİDEO

«İlham Qasımov Gülağa Tənhanın ziyanını tam ödəsə də həbsdən buraxılmır…» - VİDEO


13-08-2018, 16:45. Разместил: rovshen
«İlham Qasımov Gülağa Tənhanın ziyanını tam ödəsə də həbsdən buraxılmır…» - VİDEO

«İlham Qasımov Gülağa Tənhanın ziyanını tam ödəsə də həbsdən buraxılmır…»
Tanınmış iş adamı, hazırda həbsdə olan İlham Qasımovun nümayəndəsi Şıxəliyev Mayıs Canbala oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezident Adminstrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Azərbaycan Respublikası Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədova, Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevə və «Təzadlar» qəzeti redaksiyasına müraciət edib. Dünən redaksiyamızda olan Şıxəliyev Mayıs Canbala oğlu əməkdaşımıza video müsahibə verdi. O, Prezident İlham Əliyevə və ölkənin hüquq mühafizə orqanı əməkdaşlarına ünvanlı video müsahibə də verib. Aşağıda ölkə rəhbərliyinə ünvanlı müraciəti təqdim edirik:
- Çox hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənablar!
Bildirirəm ki, mən Şıxəliyev Mayıs Canbala oğlu, artıq 10-15 ildir ki, iş adamları Qasımov İlham Səfəralı oğlu ilə və Qənbərov Gülağa Məmi oğlu ilə tanışam. 2018-ci ilin yaz aylarında Ukraynanın Poltava şəhərində Qənbərov Gülağa Məmi oğlu ilə işi ilə bağlı danışıqlar aparmaq üçün görüşdüm. Söhbət əsnasında Gülağa Qənbərov İlham Qasımov ilə məhkəmə icraatı qaydasında əmlak mübahisəsinin onun xeyrinə başa çatdığını, onun bütün əmlaklarını vurulmuş ziyanın əvəzi olaraq alacağını bildirdi. Qasımov İlhamla 10-15 illik tanışlığımız olduğundan ona Qasımov İlhamla barışıq aparmasını, mübahisələrə son qoymağı təklif etdim. Gülağa Qənbərov barışmağa razı olduğunu, Qasımov İlhamın da razı olacağı halda barışığı aparacağını bildirdi. Daha sonra Gülağa Qənbərov məndən xahiş etdi ki, bu barədə İlham Qasımovla danışıq aparım, əgər o da barışığa razıdırsa, razılaşmanın əldə edilməsinə, onların barışdırılmasına vasitəçilik edim.
Mən Bakıda həbsxanada olan Qasımov İlham Səfəralı oğlu ilə danışıq apardım, Gülağa Qənbərovun təklifini ona çatdırdım. Açıq desəm, İlham Qasımov Gülağa Qənbərova inanmadığını, onun qanunsuz olaraq həbsdə olduğunu və barəsində cinayət işi açıldığını, onun barışıq aparacağına inam bəsləmədiyini bildirdi. Odur ki, Gülağa Qənbərovun Bakıya gəlməsini, onunla şəxsən görüşmək istədiyini bildirdi.
Sonra Gülağa Qənbərov və mən barışığın əldə olunması üçün Bakıya gəldik. Danışıqlar şifahi şəkildə mənim və İlham Qasımovun qardaşı İslamın vasitəsilə aparılırdı. Qənbərov Gülağa Məmi oğlunun və Qasımov İlham Səfəralı oğlunun şifahi razılığına əsasən, Gülağa Qənbərov Qasımov İlhamın qohumlarının və başqa adamların əmlakları üzərinə qoyulmuş həbsləri götürmək üçün ərizə ilə məhkəməyə müraciət etməli, zərərin ödənildiyini, İlham Qasımova qarşı heç bir şikayətinin olmadığını məhkəməyə bildirməli, İlham Qasımova qarşı bütün məhkəmə iddialarından imtina etməli, bununla da İlham Qasımovun azadlığa çıxmasına etiraz etməməli idi. Qasımov İlham Səfəralı oğlu isə Ukraynada fəaliyyət göstərən firmalardakı səhmlərini, o cümlədən bank hesabındakı pul vəsaitini Qənbərov Gülağa Məmi oğlunun adına keçirməyi, beləliklə vurulmuş ziyanı ödəməyi öhdəsinə götürdü.
Qeyd edim ki, Qasımov İlham Səfəralı oğluna yeganə səhmdarı olduğu, 100% pay haqqı ilə ona məxsus olan “Kaspi” firması Ukraynanın Poltava şəhərində iki bina və bir ticarət mərkəzinə malikdir. Birinci bina, 7 mərtəbədən ibarət, ümumi sahəsi 2995 m2-dən ibarət olan və tikintisi başa çatdırılmış binadır. İkinci bina, 12 mərtəbədən ibarət, ümumi sahəsi 8000 m2-dən ibarət olan, qaz, su, işıq xətləri çəkilmiş, lakin tikintisi tam başa çatdırılmamış binadır. “Kaspi” firmasının inşa etdirdiyi ticarət mərkəzi isə 8 mərtəbədən ibarət, ümumi sahəsi 10.660 m2 sahədən ibarət olan fəaliyyət göstərən tikilidir.
Bundan əlavə, Qasımov İlham Səfəralı oğlu Ukraynanın Poltava şəhərində fəaliyyət göstərən “Elman” firmasının 49,5% səhmlərinə də malikdir. Həmin səhmdar cəmiyyətinin 45% səhmləri isə mənə məxsusdur.
Rəsmi məlumatlara və arayışlara əsasən, qeyd olunan həmin əmlakların dəyəri ümumilikdə 9.756.000 (doqquz milyon yeddi yüz əlli altı min) ABŞ dolları məbləğində qiymətləndirilirdi. Lakin Gülağa Qənbərovun hər üç tikiliyə görə təklif etdiyi qiymət dəfələrlə az idi. Belə ki, Gülağa Qənbərovun təklif etdiyi qiymətlərə görə “Kaspi” firmasının inşa etdirdiyi 2995 m2 sahədən ibarət olan binanın 2275 m2 sahəsinin hər m2- i 500 ABŞ dolları, qalan 720 m2 sahədən ibarət olan zirzəminin hər m2 –i isə 250 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “Kaspi” firmasının inşası başa çatdırılmayan 8000 m2 sahədən ibarət olan ikinci binasının dəyəri isə təxminən 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində qiymətləndirilmişdir. “Kaspi” firmasına məxsus 10.660 m2 sahədən ibarət olan Ticarət mərkəzinin hər m2-i 350 ABŞ dolları olmaqla, təxminən 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində qiymətləndirilmişdi. Beləliklə, Qasımov İlham Səfəralı oğlunun Ukraynada mövcud olan ümumi əmlakları 6.000.000 (altı milyon) ABŞ dolları məbləğində (11 milyon yeni Azərbaycan manatı) qiymətləndirilmişdir.
Qasımov İlham Səfəralı oğlu ilə Qənbərov Gülağa Məmi oğlu arasında olan bütün mülki işlər və cinayət işləri mən Şıxəliyev Mais Canbaba oğlunun zaminliyi ilə qarşılıqlı razılıq və güzəştlər yolu ilə məhkəmədən kənar həll edilməsi ilə baglı Qənbərov Gülağa Məmi oğlunun və Qasımov İlham Səfəralı oğlunun razılığı ilə mənimlə İ.Qasımovun qardaşı İslam Qasımov arasında 12.06.2018-ci il tarixdə barışıq razılaşması imzalandı. Həmin sazişin şərtlərinə əsasən Qənbərov Gülağa Məmi oğlu Qasımov İlham Səfəralı oğlunun AR CM-nin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, Qasımov İlham Səfəralı oğlunun cəzadan azad edilərək azadlığa buraxılması, Qasımov İlham Səfəralı oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsi ev 3 mənzil 32, Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən 1.96 ha kənd təsərrüfatlı torpaq sahəsi və həmin ünvanda yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin, 90 HP 051 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı, 99 GG 709 dövlət nömrə nişanlı “Mercedes Benz S600” markalı avtomobillərin, Abdiyeva Asiman İlham qızına məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 774v saylı bağ evinin, Abdiyeva Asiman İlham qızına məxsus “Hyundai Sonata minik” markalı, 90 SP 094 dövlət qeydiyyat nişanlı, “Lexsus LX 570 minik” markalı,10 BM 006 dövlət qeydiyyat nişanlı, “İnfiniti QX 56 minik” markalı, 10 GB 010 dövlət qeydiyyat nişanlı avtomaşınların, 90 FS 895 dövlət nömrə nişanlı “Mercury Cougar” markalı, 90 FS 897 dövlət nömrə nişanlı “Opel Speedster” markalı avtonəqliyyat vasitələri, Qasımova (Abbasova) Kəmalə Kamil qızına məxsus Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən qeyri-yaşayış binası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 saylı torpaq sahəsinin, 90 UB 110 dövlət nmrə nişanlı “VAZ 2124” markalı, 10 MB 499 dövlət nömrə nişanlı “M 21 Volqa” markalı, 90 FS 894 dövlət nömrə nişanlı “Catsby Cabrio” markalı, 90 FS 896 dövlət nömrə nişanlı “Panter Kalista” markalı nəqliyyat vasitələrinin, Cəfərova Gözəl Məhəmməd qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahab Salamzadə küçəsi 62 ünvanında yerləşən fərdi yaşayış evinin cinayət işi üzrə üzərlərinə qoyulmuş həbslərin götürülməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2768/2018 saylı qətnaməsinin icrasından imtina etməsi barədə ərizə ilə müvafiq məhkəmələrə müraciət etməyi, həmin əmlakları həbsdən azad etdirməyi, «Odlar Yurdu» MTK-dakı bütün təsisçilərin təsis paylarını, həmçinin «MTK-Real» MTK-dakı Rüstəmova Şəhla Əliağa qızına və Cəlilli Yusif Rəşid oğluna məxsus olan təsis paylarının Qasımov İlham Səfəralı oğlunun təyin etdiyi şəxslərin adına təmənnasız olaraq keçirməyi, bütün məhkəmələrə və hüquq mühafizə orqanlarına, dövlət orqanlarına bu işlərin həll edilməsi ilə bağlı lazımi ərizələrin verilməsini, Qasımov İlham Səfəralı oğlu isə özü barəsində aparılmış cinayət işi üzrə hökmdə göstərilmiş 10.726.791,60 manat zərəri Qənbərov Gülağa Məmi oğluna Birinci tərəfin zaminliyi və vasitəsi ilə bu müqavilədə razılaşdırılmış qaydada və şərtlərlə ödəməyi öhdəsinə götürürdü. Həmçinin Birinci tərəf (Şıxəliyev Mais Canbaba oğlu) isə hazırki müqavilədə göstərilən şərtləri və öhdəlikləri Qasımov İlham Səfəralı oğlunun və Qənbərov Gülağa Məmi oğlunun yerinə yetirməsinə zamin durur, Qənbərov Gülağa Məmi oğlunun öz öhdəliklərini yerinə yetirmədiyi halda Qasımov İlham Səfəralı oğlunun ödədiyi pulların hamısını ikinci tərəfə qaytarmağı, adına keçirilmiş əmlakı mülkiyyətçisinə qaytarmağı öhdəsinə götürürlər. Beləliklə, tərəflər razılığa gəldilər ki, Qasımov İlham Səfəralı oğlu Qənbərov Gülağa Məmi oğluna cəmisi 10.726.791,60 manat pul ödəyəcəkdir. Həmin məbləğin 235.000 ABŞ dolları (399.500 manatı) bu Müqavilə notariusda imzalanan anda Qasımov İlham Səfəralı oğlunun qardaşı Qasımov İslam Səfəralı oğlu zaminduran şəxs Şıxəliyev Mais Canbaba oğlunun zaminliyi ilə Qənbərov Gülağa Məmi oğlunun bank hesabına ödəniləcəkdir, qalan 1.900.500 manat pul məbləği isə bu müqavilə imzalanan gündən etibarən 20 (iyirmi) ay müddətində zaminduran şəxs Şıxəliyev Mais Canbaba oğlunun zaminliyi ilə Qənbərov Gülağa Məmi oğlunun bank hesabına ödəniləcəkdir. Qalan 8.426.791,6 manat pul məbləğinin əvəzinə isə Qasımov İlham Səfəralı oğlu Qənbərov Gülağa Məmi oğlu tərəfindən bu Müqavilədəki şərtlər tam yerinə yetirilib başa çatdığı gün, həmçinin Qasımov İlham Səfəralı oğlu cinayət işi üzrə azadlığa çıxan gün, özünə məxsus olan Ukrayna Respublikası ərazisində yerləşən «Kaspi» MMC-də olan korporativ hüquqlarını, təsisçi paylarını və həmin MMC-nin əmlaklarını Qənbərov Gülağa Məmi oğlunun adına keçirəcəkdir. Qasımov İlham Səfəralı oğlunun qardaşı Qasımov İslam Səfəralı oğlu Qənbərov Gülağa Məmi oğluna zaminduran şəxs Şıxəliyev Mais Canbaba oğlunun zaminliyi ilə bu müqavilə imzalanan gündən etibarən 20 (iyirmi) ay müddətində ödəyəcəyi 1.900.000 manat pul məbləğinin ödənilməsinin təminatı kimi Xudiyeva Fərqanə Xanoğlan qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.Cavad küçəsi, ev 9A ünvanda yerləşən bağ evini girov qoyur, həmin bağ evi 1.900.000 manatın 20 ay ərzində ödənilməsinin təminatı kimi bu müqavilə imzalanan gün formal olaraq Şıxəliyev Mais Canbaba oğlunun adına keçirilir, heç bir pul vəsaiti verilmədən Şıxəliyev Mais Canbaba oğlunun adına girov olaraq təminat kimi rəsmiləşdirilir. Bu müqavilə imzalandığı gündən etibarən 20 ay müddətində Qasımov İlham Səfəralı oğlunun qardaşı Qasımov İslam Səfəralı oğlu Qənbərov Gülağa Məmi oğluna Birinci tərəfin vasitəsi ilə 1.900.000 manat pul məbləğini ödəyib qurtardığı gün Xudiyeva Fərqanə Xanoğlan qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.Cavad küçəsi, ev 9A ünvanda yerləşən bağ evi girovdan azad olunur və dərhal Şıxəliyev Mais Canbaba oğlu həmin bağ evini əvvəlki və qanuni sahibi Xudiyeva Fərqanə Xanoğlan qızının adına keçirməyi öhdəsinə götürür.
Eləcə də həmin 20 ay müddət ərzində Şıxəliyev Mais Canbaba oğlu sözügedən bağ evini özgəninkiləşdirməməyi, satmamağı, yüklü etməməyi, bağışlmamağı, vəsiyyət etməməyi, öz adına reyestrdən çıxarış almamağı öhdəsinə götürür. Həmin 20 ay müddətində Şıxəliyev Mais Canbaba oğlunun Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ə.Cavad küçəsi, ev 9A ünvanda yerləşən bağ evə dair hər hansı bir mülkiyyət və sərəncam hüququ yoxdur. 20 ay müddətində 1.900.500 manat pul vəsaiti Qənbərov Gülağa Məmi oğluna ödənilməzsə, Şıxəliyev Mais Canbaba oğlu sözügedən bağ evi üzərinə sərəncam və mülkiyyət hüququ yaranır.
Qeyd olunan razılaşma əldə olunduqdan sonra, Qasımov İlham Səfəralı oğlu “Yapı Kredi Bank” ASC-də olan şəxsi hesabından 400.000 manat (234.000 ABŞ dolları) məbləğində pulun Qənbərov Gülağa Məmi oğluna ödənilməsi üçün qardaşı Qasımov İslam Səfəralı oğluna etibarnamə də vermişdir. Həmin pul məbləği də İslam Qasımov tərəfindən Gülağa Qənbərovun hesabına köçürülmüşdür.
Onu da qeyd edim ki, Bakıda pul köçürmələri həyata keçirildikdən sonra mən Ukraynaya qayıtdım və Gülağa Qənbərov mənimlə telefon əlaqəsi yaratdı. O, təkidlə hər iki firmanın İlham Qasımova məxsus səhmlərinin onun adına keçirilməsini tələb edirdi. Lakin mən razılaşdırılan sənədləri məhkəməyə təqdim etmədiyi təqdirdə əmlakları adına keçirməyəcəyimi bildirdim. Bu zaman Gülağa Qənbərov öz sürücüsü və cangüdəni Aleksadrı mənim üstümə göndərdi. Gülağa Qənbərovun sürücüsü və cangüdəni bədənimin sağ tərəfinə və sağ gözümə zərbə vurub, mənə xəsarət yetirərək, boynundan asılmış “Makarov” tipli odlu silahla şirkətin səhmlərini Gülağa Qənbərovun adına keçirmədiyim təqdirdə məni və ailəmi öldürəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalaraq, həmçinin Gülağa Qənbərovun dəfələrlə sənədləri məhkəməyə təqdim edəcəyinə məni inandıraraq, Ukrayna şəhərindəki notaria kontorların birində getdim. İlham Qasımovun mənə verdiyi etibarnamə əsasında onun “Kaspi” firmasındakı 40% səhmlərini Gülağa Qənbərovun təkidi ilə Gülağa Qənbərovun işçisi olan 16.07.1965-ci il təvəllüdlü Əliyev Arif Fikrət oğlunun adına, 60% səhlərini isə Slipenko Oksana Sergeyevnanın adına rəsmiləşdirdim. “Elman” firmasındakı 95% səhmləri isə Gülağa Qənbərovun cangüdəni Qoloveyçuk Aleksandrın adına rəsmiləşdirdim.
Sonradan bizə məlum oldu ki, həmin şəxslər 3 gündən sonra şirkətin səhmlərini tamamilə başqa şəxlərin adlarına rəsmiləşdirmiş, özləri isə ölkədən qaçıb gizlənmişlər. Gülağa Qənbərovun istədiyi hər şey edilsə də, əmlaklar onun adına keçirilsə də, ona pul ödənilsə də o öz öhdəliklərini yerinə yetirmədi, razılaşmanı pozdu və bizi aldatdı.
Göründüyü kimi, Gülağa Qənbərova qətnamə əsasında vurulmuş ziyan tam şəkildə ödənilməklə, öhdəlik icra edildi. Lakin Gülağa Qənbərov İlham Qasımovun həsbxanadan azad olunması üçün müvafiq sənədləri, qətnamənin icrasına dair ərizəni, həbsin götürülməsi üçün müraciətini məhkəməyə təqdim etməkdən boyun qaçırdı. O, telefon əlaqəsi yaratmır, zəngləri qəbul etmir, onun harada olması barədə heç bir məlumat yoxdur.
Onu da qeyd edim ki, hazırki işin halları ilə bağlı mən Ukrayna Respublikasının polis orqanlarına müraciət etmişəm, Gülağa Qənbərovun və onun işçilərinin məsuliyyətə cəlb edilməsini xahiş etdim. Hal-hazırda işin halları ilə bağlı araşdırma aparılır. Göründüyü kimi Gülağa Qənbərov həm mənə qarşı qanunsuz hərəkətlər etmiş, mənə müqavilələrə imza etmək üçün fiziki zor tətbiq etdirmiş, həm də aldadaraq İlham Qasımovdan pul və dəyəri 11.000.000 manatdan çox olan əmlaklar almış, lakin İ.Qasımovun azadlığa çıxarılması üçün şikayəti olmaması və barışması barədə ərizəni verməkdən imtina etmişdir.
Hörmətli cənab Prezident!
Bildirirəm ki, Qasımov İlham Səfəralı oğlunun həbsdə olmasına əsas olan məhkəmə hökmü ilə müəyyən edilmiş ziyan artıqlaması ilə İlham Qasımov və mənim tərəfimdən pul və əmlaklar şəklində Gülağa Qənbərova ödənilmişdir.
Ona görə də Sizdən xahiş edirəm Qasımov İlham Səfəralı oğlunun azadlığa buraxılmasına köməklik göstərəsiniz və Gülağa Qənbərov barəsində qanunamüvafiq tədbirlər görəsiniz.
Hörmətlə,
Şıxəliyev Mais Canbaba oğlu
Redaksiyadan: biz də arzu edərdik ki, qey1d olunan münaqişə tərəflərin gerçək razılığı və ortaq məxrəci ilə həllini tapsın… İş adamı Gülağa Qəmbərovun məsələyə dair mövqeyini öyrənməyə çalışırıq. Lakin onun səlayhiyyətli və etibarlı nümayəndəsi Arif Əliyevə etdiyimiz telefon zəngləri cavabsız qalmaqdadır…
«Təzadlar»



Вернуться назад