Главная > gundem / kriminal > Bakıda dəhşət - Qardaşı arvadını...
Bakıda dəhşət - Qardaşı arvadını...9-08-2018, 17:45. Разместил: rovshen |
Bakıda qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Вернуться назад |