Главная > gundem / medeniyyet > Türkiyənin məşhur aktyorunun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

Türkiyənin məşhur aktyorunun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb


6-08-2018, 17:30. Разместил: rovshen
Türkiyənin məşhur aktyorunun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

“Cüneyt Arkın həm ürək, həm də ağciyər çatışmazlığından əziyyət çəkir. Ona görə də nə olacağını deyə bilmərik”.

Millitv.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu aktyorun müalicə aldığı xəstəxananın sahibi, millət vəkili Hayati Arkaz deyib.

Onun sözlərinə görə, ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən aktyor xəstəxanaya gətirilərkən şüuru qapalı vəziyyətdə olub: “O, ilk müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda müalicəsi davam edir. Bu gün söhbət etdik, əlimi sıxdı. Böyük ehtimalla, bir neçə gün sonra Reanimasiyadan çıxarılacaq. Ürəyində və ağciyərində problem var. Müalicəsi ciddi şəkildə davam edir”.

Aktyorun oğlu Murat Arkın isə sosial şəbəkə vasitəsilə atasının səhhətinin yaxşı olduğunu bildirib: “Atamın vəziyyəti yaxşıdır. Dualarınız ilə bizi tək qoymayan, sizlər vəfalısınız, dostsunuz.. Sizlər bu ölkədə hələ də gözəl nələrinsə ola biləcəyinin isbatısınız. Sağ olun!”

Qeyd edək ki, AXOX xəstəsi olan 81 yaşlı aktyor avqustun 5-də tənəffüs çatışmazlığı səbəbindən Reanimasiyaya yerləşdirilib. O, 500 filmdə rol alıb. Malkoçoğlu, Batdal Qazi, Qara Murad rolları ona şöhrət gətirib.
Вернуться назад