Главная > gundem / medeniyyet > Azərbaycan kitabları Türkiyədə təbliğ edilir

Azərbaycan kitabları Türkiyədə təbliğ edilir


24-07-2018, 14:20. Разместил: rovshen
Azərbaycan kitabları Türkiyədə təbliğ edilir

Türkiyənin 400 min tirajla çap olunan “Sabah” qəzeti iyul ayının kitab əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumat dərc edib.

Məlumatdan qeyd edilir ki, Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 minədək oxucuya çatdırılıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin Türkiyədə icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını və onların yaratdığı ədəbi-bədii əsərləri bu ölkədə tanıtmaqla iki ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdir. Bunun üçün əsas hədəf beş il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

Qeyd edək ki, böyük sayda kitabsevərlər tərəfindən izlənilən “Sabah” qəzetinin kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi və çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.
Вернуться назад