Главная > gundem / sosial / video > Abşeron İcra məmuru vətəndaşa alimentini ödənilməməsi üçün şərait yaradır

Abşeron İcra məmuru vətəndaşa alimentini ödənilməməsi üçün şərait yaradır


21-05-2018, 15:10. Разместил: rovshen
Abşeron İcra məmuru vətəndaşa alimentini ödənilməməsi üçün şərait yaradır
Millitv.az informasiya – xəbər portalının redaksiyasına gələrək ərizə ilə müraciət edən Bakı şəhər sakini Nuriyeva Lətifə Gülmurad qızı 2011 – ci ildə övladının məcburiyyət qarşısında qalaraq, xəstə bir üşaqla nigahda olduğu Azayev Bəhmən Zakir oğlu ilə nigahdan ayrılandan sonra icra məmurlarının haqqsızdıqları ilə üzləşməsi haqqında ətraflı məlumat verərək onların yarıtmaz faliyyətlərini içtimayiləşdirilməsini xahiş etdi.

Lətifə xanımın bildirdiyinə görə 2011 – ci ildə qızı Nuriyeva Səidə məcburiyət üzündən Azayev Bəhmən Zakir oğlundan nigahdan ayrılmalı oldu .

Nuriyeva Lətifə bildirdiyinə görə 2011 – ci ildən xəstə bir uşaqla nigahdan ayrılan övladına məhkəmə qətnməsi ilə kəsilən alimentin alınması müşkül bir məsələyə çevirən Abşeron rayon icra məmuru Asəm Əhmədov alimentin ödənilməsində nəyinki Nuriyevlər ailəsinə qanunun tələb etdiyi tərzdə köməklik göstərir əksinə hər dəfə alimenti ödənilməməsi üçün Azayev Bəhmən Zakir oğluna müxtəlif yollarla şəraitdə yaradır .

Lətifə xanım onuda qeyd edərək bildirdi ki,yaranmış vəziyyəi aydınlaşdırmaq üçün dəfələrlə icra məmuru Asəm Əhmədov yanına getsədə icra məmuru müxtılif bəhanələlərlə onular üçün hər hansı qanuni bir tədbirin görülməməsinə çalışır .

Bu illər ərzində başına gələnləri qeyd edən Nuriyeva Lətifə əvvəlki illərdə onlar alimentin ödənilməsində heç bir çətinlikləri olmayıb çünki o vaxtlar alimenti ödənilməsinə Suraxanı rayon icra məmurları nəzarət edirdilər . Ağız dolusu Suraxanı rayon icra məmurlarından razılığ edən Ana indi düşdüyü vəziyətin əsas səbəbkarı Asəm Əhmədovun olduğunu bildirdi .

Ürək yanğısı ilə nəvəsinin xəstəliyi üzündən çarəsiz qalmalarından danışan Lətifə xanım hətda Icra məmuru olan Asəm Əhmədovun iş otağında qızının keçmiş qaynanası ilə aralarındakı mübahisə zamanı Keçmiş qaynana ona bildirib ki , nə qədər Asəm müəllim buradadır sizi alimentin üzünə həsrət qoyacağam.

Sonda bir redaksiya olaraq yaranmış vəziyyəti ictimayiləşdirməklə adiyyatı qurumlara çatdırılmasında onların ailəsinə köməklik göstərilməsi xahiş etdi.

Bir redaksiya olaraq bu iddialara qarşı tərəf olaraq Abşeron rayon icra məmuru Asəm Əhmədovun fikirini öyrənmək istəsəkdə o, onun haqqında deyilənlər barədə hər hansı bir açıqlama verə bilməyəcəyini, özü haqqında mətbuatda gedəcək məlumatlardan sonra məhkəməyə müraciət edəcəyini bildirdi.

Tam təfsilatıyla Lətifə Nuriyevanın Millitv.aza verdiyi Video müsahibəni izləyin




MİLLİTV.az

Вернуться назад