Главная > sosial, video, manset > Respublikanın rayonlarına dolu düşdü

Respublikanın rayonlarına dolu düşdü


10-05-2018, 21:17. Разместил: rovshen
Respublikanın rayonlarına dolu düşdü

Dolu yağışı nəticəsində ağacların yarpaqları və meyvələri tökülüb
İsmayıllının dağlıq ərazilərinə dolu yağıb. Artıq bir saatdır dolu yağışı əsasən dağətəyi Basqal qəsəbəsi, Sulud kəndi, Zeyvə, Xankəndinə yağmaqda davam edir.

Kənd sakinlərinin sözlərinə görə, dolu əsasən kənd təssərrüfatına ciddi təsir edib. Ağacların yarpaqları və meyvələri tökülüb. Dünən dağlara düşən dolu, bu gün səhər saatlarından dağətəyi kəndlərə yağmağa başlayıb.

Millitv.az Sonxeber.aza istinadən bildirir ki, ölkə ərazisində hökm sürən hava şəraitinə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Real TV-yə verilən məlumata istinadən, Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.




Вернуться назад