Главная > gundem, arasdirma, video, foto > Şirkətin rəhbərinə qarşı aparılan yalan kampaniyasının arxasında nə dayanır ?

Şirkətin rəhbərinə qarşı aparılan yalan kampaniyasının arxasında nə dayanır ?


17-04-2018, 13:04. Разместил: rovshen
Şirkətin rəhbərinə qarşı aparılan yalan kampaniyasının arxasında nə dayanır ?
MİLLİTV.az informasiya xəbər portalının redaksiyasına müraciət edən podratçı << UĞURLU YOL 2017 >> şirkətinin sahibi İlham Əsədov adlı şəxs onun haqqında mətbuatda gedən qərəzli məlumatların Millitv.az tərəfindən qərəzsiz ,obyektiv,ədalətli araşdırılmasında köməklik göstərilməsini xahiş etmişdi.

Xatırladaq ki,bir neçə gün bundan əvvəl Dəryaz.az saytında Bərdə və Tərtərdə məktəbin tikintisində işləyən fəhlələrin pulunu qumarda uduzan şirkət rəhbəri kimdir başlıqlı məqalə və qeyri peşəkar hazırlanmış video surjet yayımlanmışdır.Əslində məqalə və surjetin qərəzli ,qeyri obyektiv və qarşı tərəfin fikirini dinləmədən məkirli bir planın tərkib hissəsi olması gün kimi aydındır.
Şirkətin rəhbərinə qarşı aparılan yalan kampaniyasının arxasında nə dayanır ?
Yaranmış vəziyyətlə əlaqədar olaraq Millitv.az –ın əməkdaşları adı qeyd olunan şirkətin məktəb tikintisi apardığı Bərdə rayonunun Qaratəpə kəndində ki, məktəbdə oldular və tikintidə çalışan fəhlələrlə görüşüb söhbət etdilər.Bildirmək istəyirik ki,araşdırma obyektivliyini nəzərə alaraq bizdən əvvəl Qaratəpə kəndində çəkliş aparan Dəryaz.az saytının əməkdaşlarınıda yaranmış ziddiyətli məqamların aradan qaldırılmasında həqiqətin aşkara çıxarılması üçün qeyd olunan ünvana dəvət etdik.

Nəzərinizə çatdırmaq istəyirik ki ,2017 ci ilin oktiyabr ayından Qaratəpə kəndində başlayan metal konstruksiyalı modul tipli məktəb tikintisinin işləri Tikinti aparan << UĞURLU YOL 2017 >> şirkətinin sahibi İlham Əsədov bildirdiyinə görə tikinti işləri 2017 - ci ilin dekabır ayında başa çatdırılıb.

Əməkdaşlarımız Qaratəpə kəndində olduqda tikintidə işləmiş fəhlələrin araşdırmanı qərəzsiz, ədalətli aparılması səbəbindən məktəbə toplanması üçün Qaratəpə bələdiyyəsinin sədri Natiq müəllimin köməkliyi ilə məktəbdə işləyən fəhlələr məktəbə toplaşdılar.

Onuda bildirək ki , Dəryaz.az saytının yayımladığı məqalə və video surjetdə əsas iddiaçı adı keçən Məhəmməd adlı şəxs aparılan araşdırmada onunda məktəbdə toplaşan fəhlələrin yanında olmasını bildirsəkdə müxtəlif bəhanələr gətirərək məktəbdə gəlməkdən boyun qaçırdı .Aparılan araşdırmada O , da məlum oldu ki, məktəbin tikintisində gunə müzd işləyən fəhlələrin təşkilatçısı adı qeyd olunan Məhəmməd olmuşdur.Şirkətin rəhbərinə qarşı aparılan yalan kampaniyasının arxasında nə dayanır ?Məktəbin tikintisində günə muzd işləyən fəhlələrin ödənişi Məhəmmədin vasitəsiylə ödənilmişdir.Şirkət rəhbərinin əlindəki qəbzlərdən görünür ki,Tikinti aparılan müddət ərzində Məhəmmədin fəhlələrin günə muzd əmək haqqını ödəmək üçün poçt vastəsi ilə Məhəmmədə 2800 manata qədər pull ödənilmişdir.Aparılan araşdırma zamanı iddiaçılar bildirdiyinə görə Məhəmmədin yaranmış vəziyyətdən sui istifadə edərək kəndin ərzaq mağazasından 600 manata yaxın olan fəhlələr üçün aldığı ərzağın və bir neçə fəhlənin pulunu mənimsəmişdir.

Görünür ki,araşdırma zamanı bizim , qarşı tərəfin və fəhlələrin tələbinə baxmayaraq Məhəmmədi Qaratəpə kəndinə dəvət etsəkdə işinin olmasını bəhanə gətirərək gəlməkdən imtina etdi.

Olduqca vacib məqamlardan biri olan Dəryaz.az saytının video surjetdə Şirkət rəhbəri olan İlham Əsədovun norkaman, qumarbaz, əyyaş olması haqqında müxbirin video şərhinə aydınlıq gətirilməsi məqsədi ilə məktəbə toplaşan kənd sakinləri və tikintidə işləyən fəhlələrə bu barədə nə deyəbilərsiz soruşduqda onların belə bir iddialarının olmadığını İlham Əsədovu bir iş adamı kimi tanıdıqlarını bildirdilər.Qeyd olunan fikirin isə müxbirin, öz fikirinin məhsulu olmasını qeyd etdilər Şirkətin rəhbərinə qarşı aparılan yalan kampaniyasının arxasında nə dayanır ?


Fəhlələrlə Şirkət rəhbəri arasında aparılan hesabat işlərinə, Kənd bələdiyyəsinin sədri Natiq müəllim aydınlıq gətirərək məktəbin son tamamlanma işləri qurtarana qədər , fəhlələr tərəfindən yarımçıq qalmış işləri tam yekunlaşdırmaqla və Şirkət tərəfindən fəhlələrə ödəniləcək pulların iş bitdikdən sonra ödəniləcəyi barədə razılığa gəldiklərini bildirdi.




TAM TƏFSİLATIYLA MİLLİTV.az saytının Video səyfəsindən izləyin




MİLLİTV.az
Вернуться назад