Главная > gundem / maraqli / foto > Ruslar 2 km-dən çox dərinliyi olan mağaraya endilər -Fotolar
Ruslar 2 km-dən çox dərinliyi olan mağaraya endilər -Fotolar16-04-2018, 11:29. Разместил: rovshen |
Daha öncə ABŞ və Avropa alimləri buna cəhd edib, lakin nail ola bilməyiblər... Rusiyalı alimlər speleoloqlar dərinliyi Eyfel qülləsinin hündürlyündən 6 dəfə çox olan mağaraya enməyə nail oldular. Millitv.az Moderator.az istinadla xəbər verir. Bu, Abxaziyada yerləşən və dünyanın ən dərin mağarası sayılan Krubera mağarasıdır. Əvvəlcə dərinliyi 2190 m olduğu hesab edilən mağaranın tədqiqatlardan sonra əslində 2212 m dərinlikdə yerləşdiyi məlum olub. Kruberanın uzunluğu da kifayət qədər böyükdür- 13 min 432 m. Tədqiqatçılar mağaraya 27 gün ərzində enməyi planlaşdırsa da, bunun üçün, sadəcə, 1 həftə vaxt lazım olub. Daha öncə ABŞ və Avropadan olan alimlər mağaraya enməyə çalışmış, lakin buna nail ola bilməmişdilər. Xəbərdə o da qeyd edilir ki, speleoloqlar Pavel Demidov və İlya TurbanovKruberada yeni canlı növləri ilə rastlaşdıqlarını bildiriblər. Millitv.az Вернуться назад |