Главная > gundem, neqativhallar > 6-cı sinif şagirdinin məktəbdə ölməsi ilə bağlı YENİ XƏBƏR - AÇIQLAMA

6-cı sinif şagirdinin məktəbdə ölməsi ilə bağlı YENİ XƏBƏR - AÇIQLAMA


6-04-2018, 15:42. Разместил: rovshen
6-cı sinif şagirdinin məktəbdə ölməsi ilə bağlı YENİ XƏBƏR - AÇIQLAMA


Şəmkirdə 13 yaşlı şagirdin məktəbdə vəfat etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hadisənin baş verdiyi Çənlibel kənd orta məktəbinin dərs hissə müdiri Mirəli Əliyev Lent.az-a açıqlamasında bildirib ki, 6-cı sinif şagirdi, 2005-ci il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun vəfatı ilə bağlı ekspert ilkin rəyini açıqlayıb: “Ekspert hadisə yerində baxış keçirdi və şagirdin ürək tutmasından vəfat etdiyini dedi. Düzü həmin şagirdin səhhətində son vaxtlar problemin olduğu məlum idi. Həftənin 2-ci günü dərsə gəlməmişdi və son vaxtlar rəngi çox avazımışdı”.



Mirəli Əliyev həmçinin bildirib ki, hadisə böyük tənəffüs zamanı baş verib: “Tənəffüs elan ediləndən az sonra Elgün özündən gedib, şagirdlər dərhal müəllimlər otağına qaçaraq kömək istəyib. Mən də özümü çatdırdım və uşağı sinif otağı isti olduğu üçün dəhlizə çıxardıq. Təcili tibbi yardım da çağırıldı, lakin onun həyatını xilas etmək mümkün olmadı”.
Вернуться назад