Главная > maraqli > Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKіd”

Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKіd”


9-03-2018, 16:25. Разместил: rovshen
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKіd”


İspaniyanın "Eѕsudo Web" şirkəti hər il Barselonada keçirilən MWC sərgisində uşaqlar üçün "PhoneKіd" telefonunu təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, ən kiçik yaş kateqoriyalı istifadəçilər üçün nəzərdə tutulmuş mobil telefondur.

İlk növbədə, o, uşaqlarına nəzarət etmək istəyən valideynlər üçün yaradılıb. "PhoneKіd" - "Android" əməliyyat sistemində yaradılmış adi telefondur, ancaq onun buludu bir azca dəyişdirilib. Onun vasitəsilə valideynlər cihazdan kənarda övladlarına nəzarət edə və kontentini idarə edə biləcəklər.

Hazırda "Eѕsudo Web" şirkəti "PhoneKіd" istehsalına başlaması üçün tərəfdaşlar axtarır. Tərtibatçılar smartfonu bu ilin sonuna istehsal etməyi planlaşdırırlar. Cihazın qiyməti 150 avro təşkil edəcək.
Вернуться назад