Главная > gundem > Almanlara alman dili öyrədən azərbaycanlının işi MƏHKƏMƏDƏ

Almanlara alman dili öyrədən azərbaycanlının işi MƏHKƏMƏDƏ


7-03-2018, 12:29. Разместил: rovshen
Almanlara alman dili öyrədən azərbaycanlının işi MƏHKƏMƏDƏ


Almaniyada alman dili dərsi keçən azərbaycanlının evindən oğurluq etməkdə təqsirləndirilən Fuad Zeynalovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayıtlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş Qədir Əliyev də iştirak edib.

Məlum olub ki, Qədir Əliyevin evindən oğurluq edən Fuad Zeynalov onun qohumu imiş.


Zərərçəkmiş Q.Əliyev 10 ildən artıqdır Almaniyada yaşadığını, ötən il Azərbaycana qayıtdığını söyləyib. O, Almaniyada alman dili müəllimi işlədiyini bildirib.

Q.Əliyev qeyd edib ki, dəymiş zərərdən yalnız 11 min 800 qaytarılıb.

Məhkəmə baxışı martın 14-ə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.
Вернуться назад