Главная > gundem / ust > FHN-dən əhaliyə MÜRACİƏT
FHN-dən əhaliyə MÜRACİƏT7-03-2018, 12:15. Разместил: rovshen |
Fövqəladə Hallar Nazirliyi Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. Lent.az nazirliyin saytına istinadən müraciəti təqdim edir: Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin! Вернуться назад |