Главная > sosial > Bakıda sərnişin avtobusu qadını vurub öldürdü

Bakıda sərnişin avtobusu qadını vurub öldürdü


1-03-2018, 17:00. Разместил: rovshen
Bakıda sərnişin avtobusu qadını vurub öldürdü


Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

"Baku Bus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı hadisə yerindəcə dünyasını dəyişib.
Вернуться назад