Главная > manset > İlk hücum başladı: 3 kənd azad edildi

İlk hücum başladı: 3 kənd azad edildi


1-03-2018, 12:35. Разместил: rovshen
İlk hücum başladı: 3 kənd azad edildi


Türkiyə Silahlı Qüvvələri Afrinin qərb cəbhəsində yerləşən Raco bölgəsindəki Heydər, Şeyx Məhəmməd və Canka kəndlərini YPG-dən azad edib.

Ftv.az xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb.

Bundan başqa, orduya məxsus təyyarələr Raconun cənubunda əməliyyatlar keçirərək, terrorçu hədəflərini bombardman edib.

Qeyd edək ki, Türkiyə Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco və Cinderes bölgəsini azad etmək üçün bütün hazırlıqların tamamlandığını açıqlamışdı.
Вернуться назад