Ölkə Prezidenti İlham Əliyev Cənablarına: AÇIQ MƏKTUB

Millitv.az informasiya xəbər portalına ölkəmizdə xeyirxax əməlləriylə yaxşı tanınan Hacı Vaqif Rəşidov Ölkə Prezidenti Cənab İlham Əliyevə son günlər komunal xərclərin artmasıyla əlaqədar açıq məktub ünvanlayıb Hörmətli izləyicilər məktubu olduğu kimi sizə təqdim edirik.

AÇIQ MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevCənablarına

Surəti: Milli Məclisin İqtisadi siyasət,Sənaye və Sahibkarlıq Komitəsinin
Sədri Ziyad Səmədzadə Cənablarına

Azərbaycan Respublikasınınİqtisadiyyat Naziri Şahin
Mustafayev Cənablarına

Prezident Qazı 1500m3 dan- 1700m3-a, İşığı isə 250 kv-dan 300kv-a kimi Limiti artırdı?!!!
Şahin Mustafayev

Möhtərəm Prezident!

Şahin Mustafayevin yuxarıda verdiyi müsahibə onun nə qədər savadsız olduğunu göz qabağında canlandırır. Şəxsən, o, bu hərəkəti ilə Sizin şərəf və ləyaqətinizə ləkə gətirir. O, bu addımı atmaqla, Sizin nə qədər biganə olduğunuzu sübut etmək istəyir. Sizin bircə günahınız öz sahələrini bilməyən bisavad Məmurları vəzifə başına qoymaqdadır???

Açığını deyim ki, mən Sizə Prezident kimi baxmıram. Prezident bir vəzifə kimi bu gün var, sabah olmaya bilər. Amma Sən şəxsən mənim bacım oğlusan. Keçmişi yada salsanız, mənim haqlı olduğumun Şahidi olarsız. Mən nə edə bilərəm ki, Prezident Aparatının Ümumi Şöbəsinin işçiləri Respublikada nə baş verirsə, Sizi xəbərdar etmirlər. Bir anlığa nəzərinizdə Əziz Əliyev Cənablarının ağır günlərində 300 min Naxçıvanlıdan bir nəfər də olsun onun arxasında dayanmadı.O, cümlədən nə qohumları, nə də dostları ona kömək əllərini uzatmadılar. Məcburiyyət qarşısında qalıb, öz ailəsi ilə birlikdə gəlib bizdə qaldılar. Mənim Ağsaqqalım Rəşidov Qasım kişi,onlara həm maddi, həm də mənəvi dayaq oldu. Onu da qeyd etmək istəyirəm ki, uşaqlıqda çox nadinc olduğuma görə Ağsaqqalın göstərişinə əsasən Zərifə xanımın həmişə yanında olardım. Ona görə ki, Zərifə xanıma kənardan heç kim sataşmasın. O, məni qardaş gözündə, mən də onu Bacı gözündə görürdüm. Biz bir-birimizi adla çağırmırdıq. O, məni Qardaş, mən də Onu Bacı deyə çağırırdım. Yəqin başa düşərsiz, Siz həqiqətən mənim Bacım oğlusunuz!

Möhtərəm Prezident!

Keçək əsas məsələyə, Bacı oğlu Səni and verirəm Zərifə Xanımın Ruhuna. Nə olar, heç nə itirmirsən, sadəcə bir anlığa Özünü Xalqımızın aşağı təbəqəsinin nümayəndəsi kimi hiss et! SSR-i vaxtı otopleninin periodu Noyabr ayının 15-dən başlayıb, Aprel ayının 15-nə kimi davam edirdi. Bacı oğlu Səni fikir götürür : - Dövlətimiz imkanı olmayan şəxsləri daima əsarətdə saxlayır? Əgər Kombi 20 gün müddətinə 1000m3 Qaz işlədirsə, deməli, 5 ay ərzində 7500 m3 Qaz işlədəcək. Yaltaq məmurlar isə Sizin adınızdan deyirlər ki, guya Siz 200 m3 Xalqa kömək etmisiz.Siz 180 manat pensiya alırsız. Onun 150 manatı təkcə Qaza veriləcək. Bəs qalan 30 manat su ilə işığa çatacaq? Əlbəttə yox! Hələ burda limitdən kənarı hesablanmıyıb. Ona görə, Siz belə qərara gəlirsiniz, Dövlətimiz öz vətəndaşını hər cəhətdən qorumalıdır. Dövlətin bu ağır günündə Dövlətimizə kömək məqsədilə öz pensiyanızı hədiyyə verirsiz! Onun əvəzində isə Dövlət Sizi bütün Kommunal Xərclərindən azad edəcək. O ki qaldı Sizin yaşamağınıza, bir təhər kartof və çorək almaq üçün dilənçilik edərsiz?!!

Siz yaxşı bilirsiz, qədim dəmir peçlər və ya Ceyran peçləri çox Qaz işlətdiklərinə görə, qarnınızdan kəsib pul yığıb birtəhər Kombi alırsız ki,soyuqdan arvad-uşaqlarınızı xilas edəsiniz. Şahin Mustafayev kimiləri Prizidentin xeyirxah olduğunu,həqiqətdə isə onu təhqir edir,eyni zamanda da xalqda ona qarşı nifrət oyadır.Siz də onun fikrini əla dərk etdiyinizə görə Prezidentə onun nə qədər iki üzlü və yaltaq olduğu haqda məlumat verməyinizi özünüzə borc bilirsiz.Əks təqdirdə o qış mövsümündə nə qədər qazın, işığın sərfiyyatını dəqiq hesablayandan sonra,Prezidentin adından danışa bilərdi! Onu da qeyd edirsiz ki,əgər Şahin Mustafayev kişi olsaydı Sizin “Amarant” haqqındakı Layihənizə görə Şəxsən Sizi qəbul edərdi və bu layihə haqqında hər şeyi dəqiq öyrənəndən sonra Dövlətimizi,Xalqımızı bu ağır günlərdən xilas etmək üçün Prezidentə xəbər verərdi.Daha öz Nazirliyində “Aparat” adlı yaratdığı bir qruma göndərməzdi.Prezidentdən xahiş edirsiz ona sual versin.Aparat nə deməkdir?Siz yaxşı bilirsiz Aparat cihaz deməkdir! Orada vəzifə başında oturanlar Robotdurlar.

Nə vaxtdan Robotlar Xalqımızın nələr çəkdiklərini hiss ediblər? Şəxsən sizə qalsa, o aparatı uşaq baxçası adlandırardız. Ona görə ki, Sizi ora dəvət edəndə qarşınızda cavan uşaqları gördüz.Məlum oldu, onların “Amarant”-dan heç başları çıxmır. Cavandırlar nə demək olar? Əgər Nazirləri məsuliyyətsiz adam olduğu üçün,tabeçiliyində olan uşaqlar necə olmalıdırlar?

Möhtərəm Prezident!

Xahiş edirəm ki, mənə qulaq asın. Büdcənin boşalma səbəbini keçən məktubda qeyd etmişdim. İndi mənə məlum olan xəbəri Sizə çatdırım. İmkanlılar qazı, işığı və suyu levi işlədirlər. Qorxudan onların qapısına heç kim getmir. Yoxlamanı da, yazıq kasıbların həyətlərində aparırlar. Dövlətdə kağızla məşğul olanlar ayda 1000manatdan-2000manata qədər alırlar.Sual olunur : - Nəyə görə? Əlbətdə 2000 manat alanın limit heç vecinə də gəlməyəcək?!! 25 ildən yuxarıdır ki, qaçqınlar Dövləti soyurlar. Yazıq Bakılılar, nə iş yerləri var, nə də dolanışıqları?!!

Şəxsən mən bu məktub vasitəsilə Ziyad Səmədzadə Cənablarından xahiş edərdim:-Məni qəbul eləsin “Amarant” haqqında bütün məlumatları ona çatdırardım.O zaman o özü şahid olardı ki,doğrudan da “Amarant” adlı layihə Xalqımızı və Dövlətimizi bu böhrandan xilas edəcək. Ziyad Səmədzadə Cənabları öz gözləri ilə görəndən sonra, nəyin bahasına olursa-olsun bu layihə haqqında Prezidentə məlumat verəcək. Axı, O əsl Bakılıdır!

Özünüz yaxşı bilirsiniz: - Bakılılar heç vaxt biqeyrət, namussuz olmayıblar. Onlar nəyin bahasına olur-olsun, Kişiliklərini qoruyub saxlayıblar!!!

Onu da qeyd etmək istəyirəm ki, mənim Layihəmi Prezident Aparatının hansısa Məmuru, öz adına keçirtmək istəyir?!!

Allah ölənlərinizi rəhmət eləsin, xahiş olunur Xalqımızı bu əsası olmayan limit anlayışından uzaqlaşdırın.

Dərin Hörmət və Ehtiramla!

Ünvan: Pirşağı qəsəbəsi, bağ 56a
Tel: (012)551-48-75
Mob: (055)779-22-87
Hacı Vaqif Rəşidov


Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət