Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ “Entoloma krutiсianum” göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri “Persoonia” jurnalında dərc olunub.

Millitv.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. “Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər.

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət