Sənaye məhsullarının qiymətlərindəki dəyişikliklər açıqlandı

 Sənaye məhsullarının qiymətlərindəki dəyişikliklər açıqlandı


2016-cı ildə Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 27,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 30,9 faiz, emal sənayesi üzrə 15,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 9,3 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,1 faiz artıb.

Millitv.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 21,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 23,3 faiz, emal sənayesi üzrə 12,7 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 37,3 faiz artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 23,4 faiz, metal filizlərin hasilatı üzrə 3,5 faiz artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 23,1 faiz, toxuculuq sənayesi üzrə 7,5 faiz, kimya sənayesi üzrə 5,4 faiz, metallurgiya sənayesi üzrə 4,5 faiz, geyim istehsalı üzrə 3,2 faiz, qida məhsullarının istehsalı üzrə 2,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,3 faiz, kağız və karton istehsalı üzrə 0,2 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,9 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,5 faiz, tikinti materiallarının istehsalı üzrə isə 0,3 faiz azalıb.

Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.
Millitv.az
Oxşar xəbərlər
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət