“Sonuncu” filminin aktyoru Livanda mükafata layiq görüldü

“Sonuncu” filminin aktyoru Livanda mükafata layiq görüldü


Beynəlxalq Livan qısa filmlər festivalı başa çatıb. Festivalın bağlanış mərasimi İstanbul Teatrı Sinema Star salonunda təşkil edilib. Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivala 25 ölkədən 61 film təqdim edilib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.

Millitv.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycandan təqdim edilən “Sonuncu” filminin aktyoru İdris Rüstəmov ən yaxşı aktyor işinə görə mükafata layiq görülüb.
“Sonuncu” filminin aktyoru Livanda mükafata layiq görüldü
“Sonuncu” filminin aktyoru Livanda mükafata layiq görüldü
[center]
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur. Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırıblar.

Qeyd edək ki, festivala İtaliya, İsveçrə, Misir, İraq, İran, Səudiyyə, Suriya, ABŞ, İspaniya, Almaniya, İsveç, Gürcüstan, İordaniya, Hindistan, Livan , Azərbaycan, Hindistan və başqa ölkələrdən filmlər təqdim edilib.

Fələstinli rejissor Əhməd Salehin çəkdiyi “Ay Ny” filmi ən yaxşı film, İsveç rejissoru Mans Brzasın “Champion” filmi ən yaxşı rejissor işi, iraqlı rejissor Ömər Falehin “Protest” filmi ən yaxşı sənədli film, rejissor xanım Mayya Əbdüssəttarın “Südlü çay” filmi ən yaxşı Livan filmi, İsveçrə rejissoru Sofi Prerin “Le don” filmi və bir neçə başqa filmlər ən yaxşı ssenari üzrə mükafat alıblar.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət