Azərbaycanlı qız sevgilisinə mesaj göndərib intihar etdi

Azərbaycanlı qız sevgilisinə mesaj göndərib intihar etdi



Türkiyənin Aydın şəhərində Azərbaycan əsilli qız intihar edib.

Millitv.az baku.ws-ə istinadən xəbər verir ki, 22 yaşlı Hicran Novruzova birlikdə yaşadığı sevgilisi ilə problemlərinə görə özünü asıb. Stulun üzərinə çıxıb boynuna ip keçirən qız şəklini çəkib, sevgilisinə göndərib. Şəklin altına “intihar edirəm” yazan qız daha sonra həyatına son qoyub.

Hadisə ötən gün baş verib. Hicranın Aydında ofisiant işlədiyi və psixoloji problemləri olduğu iddia olunur. Məlum olub ki, qızın sevgilisi də ofisiantdır. Mesajı gördükdən sonra sevgilisinə zəng edən oğlan bir nəticə əldə edə bilməyib. Gənc dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Evə girən polis Novruzovanın cansız bədəni ilə qarşılaşıb.

Hadisə yerində edilən araşdırmanın ardından Novruzovanın meyiti yarılmaq üçün tibbi ekspertizaya göndərilib.

Sevgilisinin meyiti evdən çıxarılarkən göz yaşlarına boğulan oğlanı isə polislər sakitləşdiriblər.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət