“Azəravtoyol” sürücülərə xəbərdarlıq etdi

“Azəravtoyol” sürücülərə xəbərdarlıq etdi



Dekabrın 14 və 15-də ölkədə gözlənilən hava şəraiti ilə əlaqədar olaraq “Azəravtoyol” ASC balansında olan avtomobil yollarında hərəkətin fasiləsiz təşkili üçün gücləndirilmiş iş rejimində çalışacaq.

“Azəravtoyol” ASC-dən Millitv.az-a verilən məlumata görə, yolların qardan və buzdan təmizlənməsi üçün bütün texnika, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı toplanıb.

Bakı şəhərində balansda olan yollarda, küçə və prospektlərdə, xüsusilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün öncədən maşın-mexanizmlər əraziyə çıxarılacaq.

Analoji addımlar respublikanın avtomobil yollarında da atılacaq. Atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması şərtdir. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar.

Çünki həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik, onlar digər nəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar. Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur.

Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur.

Bundan başqa, respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyatlar toplanıb. Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyatlardan istifadə etməklə yollarına davam edə bilərlər.

Millitv.az
Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Mədəniyyət