Sürüşmə insanları qaçmağa məcbur edir - FOTO

Xızıda baş verən sürüşmə yaşayış evlərinin hasarına ziyan vurub.
Sürüşmə insanları qaçmağa məcbur edir - FOTO


Millitv.az ARB Şimal xəbər verir ki, Xızıdan Altıağac qəsəbəsinə gedən avtomobil yolunda baş verən torpaq sürüşməsi yaşayış evlərinə də ziyan vurub.

Altığacda 2-3 evin hasarı təbiət hadisəsi nəticəsində dağılıb. Həmin evlərdə yaşayış olmasa da, sakinlər təbii prosesin davam etdiyini bildirirlər.

Hava şəraitinin qeyri-sabit, yağışlı keçməsi torpaq sürüşməsini aktiv fazada saxlayan əsas amillərdəndir. Sakinlər bildirirlər ki, bundan əvvəl də qəsəbədə sürüşmə hadisəsi qeydə alınıb. Hətta 1970-ci illərdə Altıağacada baş verən torpaq sürüşməsinin miqyası o qədər geniş olub ki, sakinlərin köçürülməsi üçün qeydiyyat aparılıb.

Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi noyabrın 22-dən başlayaıb. Sürüşmə 11 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 19,8 kilometr olan yola ciddi ziyan vurub. Mütəxəssislər sürüşmə zonasında torpaq qatının əsasən doymuş süxurlardan ibarət olduğunu bildiriblər. Son dövrlər yağıntıların normadan artıq olması təbii prosesin baş verməsini sürətləndirib. Hazırda yolda nəqliyyat vasitlərinin hərəkəti üçün maneə yoxdur.


Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət