Azərbaycanda 1-ci sinif şagirdi dərs vaxtı dünyasını dəyişib

Azərbaycanda 1-ci sinif şagirdi dərs vaxtı dünyasını dəyişib



Noyabrın 28-i günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.

Millitv.az Report-a istinadən xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.

Məktəbə çağırılan “təcili yardım” həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb.

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət