Azərbaycanda qarlı havada tırtıllı təcili yardım fəaliyyət göstərəcək

Azərbaycanda qarlı havada tırtıllı təcili yardım fəaliyyət göstərəcək


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qışda qarlı hava şəraitində çağırışlara vaxtında yetişmək üçün xüsusi təcili və təxirəsalınmaz tibbi yardım avtomobillərindən istifadə edəcək.

Millitv.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev movqe.az-a məlumat verib.

R.Nağıyev hazırkı hava şəraiti ilə bağlı təcili yardıma çağırışların artmadığını söyləyib: “Hələki yollarımızda vəziyyət normaldır. Ona görə də sürüşərkən xəsarət alma ilə bağlı müraciət daxil olmayıb. Amma biz hər zamankı kimi gücləndirilmiş iş rejimində çalışırıq.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hətta qar örtüyü 40 sm-ı keçdikdə belə çağırışlara vaxtında yetişməsi üçün xüsusi avtomobilləri var. Onlardan 3-ü ehtiyat saxlanılır. Xüsusi nəqliyyat vasitələri tırtıllı olduğundan, xüsusi başmaqlarla təhciz olunduğundan 40 sm-dən artıq qalınlıqa qarda hərəkət etmək imkanına malikdir. Bundan əlavə stansiyalara hər iki oxu çəkən avtomobillər paylanılıb ki, qarlı, buzlu yollarda rahatlıqla ucqar nöqtələrdə çağırışa vaxtında yetişmək imkanına malikdir. Gündəlik çağırışlara yollanan təcili tibbi yardım avtomobillərimiz də müasir avtomobillərdir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qışa tam hazır vəziyyətdədir”.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət