Bakıda doğuş zamanı körpə ölümünün səbəbi açıqlanıb – YENİLƏNİB

Bakıda doğuş zamanı körpə ölümünün səbəbi açıqlanıb – YENİLƏNİB



Bakıda doğuş zamanı ölən uşağın ciyərlərində problem olub.

Millitv.az xəbər verir ki, bu barədə APA-ya hadisənin baş verdiyi “İnternational Medical Centre”dən bildirilib.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.

Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

10:12

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Millitv.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.

Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb.

Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.

Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət