“Qızıl Məryəm”in qızı: Anamı sevgilim öldürüb

“Qızıl Məryəm”in qızı: Anamı sevgilim öldürüb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Millitv.azQafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə şahidlər dindirilib.

Günel Hüseynovanın sevgilisi Asim Məmmədov ifadə verərək deyib ki, Məryəm Namətzadəni qızı vasitəsilə tanıyıb, ondan qızıl alıb və pulunu ödəyib:

“Məryəmin ölümündən xəbərim olmayıb”.

Bunun ardınca Günel Hüseynova şok iddialarla çıxış edib. O, qətlin Asim Məmmədov tərəfindən təşkil olunduğunu deyib:

“Asim anamdan qızıl alıb, pulu qaytarmamışdı. Buna görə də tez-tez davaları düşürdü. Asim o pulu qaytarmamaq üçün anamı öldürüb”.

A.Məmmədov isə keçmiş sevgilisinin yalan danışdığını deyib.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namətzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində 41 bıçaq zərbəsi vurulmuş meyiti tapılıb.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət