Yer kürəsini məhv edəcək ulduz aşkarlandı – FOTO

Yer kürəsini məhv edəcək ulduz aşkarlandı – FOTO


Avropanın cənub rəsədxanasının alim-astronomları partlayışı Yer kürəsini məhv edəcək Eta Carinae adlı nəhəng ulduzun yeni fotolarını əldə ediblər. Bu qeyri-adi ulduz ikili sistemdən - 120-150 Günəşin çəkisinə bərabər olan nəhəng ulduzdan və kütləsi bizim dünyadan 30-80 dəfə böyük olan peykdən ibarətdir.

Millitv.az Avtosfer.az-a istinadən xəbər verir ki, yeni əldə olunmuş şəkillərin sayəsində alimlər sistemin mərkəzində “"böyük” və “kiçik” ulduzların arasında qeyri-adi sahə görüblər. Burada ulduz küləklərinin toqquşması baş verir ki, bu da qeyri-adi “burulğana” səbəb olur. Mütəxəssislər ehtiyat edirlər ki, bu ulduzun partlamasından sonra səma Veneradan daha aydın şəkildə görünəcək. Və bu baş verəndən sonra Yer kürəsi ətrafında yerləşən bütün peyklər məhv olacaq, Yerin ozon təbəqəsi dağılacaq və nəticə planetimizi fəlakətə gətirib çıxaracaq.

Qeyd edək ki, alimlər Eta Carinae-nin dəqiq təsvirlərini nəhəng Very Large Telescope (VLT) teleskopunun köməyi ilə əldə ediblər. Sözügedən teleskop 4 köməkçi teleskopdan ibarətdir.

Yer kürəsini məhv edəcək ulduz aşkarlandı – FOTO
Yer kürəsini məhv edəcək ulduz aşkarlandı – FOTO


Millitv.az
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət