Putin və Ərdoğan Mosulun azad edilməsi üzrə əməliyyatı müzakirə ediblər

Putin və Ərdoğan Mosulun azad edilməsi üzrə əməliyyatı müzakirə ediblər


Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı İraqda aparılan Mosulun azad edilməsi üzrə hərbi əməliyyatın gedişatını müzakirə ediblər.

Millitv.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb.

“İraqda Mosulun azad edilməsi üzrə əməliyyatın gedişatına toxunulub”, - məlumatda deyilir.

Vladimir Putinin həmçinin İraqın baş naziri Haydar Abadi ilə də telefon danışığı olub.

İraqın hökumət qüvvələrinin Mosul şəhərinin İŞİD yaraqlılarından azad edilməsi üzrə əməliyyatın başlanması ilə əlaqədar əsaslı fikir mübadiləsi aparılıb.

Rusiya prezidenti ölkə qüvvələrinin terror təşkilatının yaraqlıları ilə mübarizədə, ölkənin müstəqilliyini, bütövlüyünü qorumaq üçün göstərdiyi səyləri dəstəklədiyi qeyd edilib.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət