İnternet üzərindən yemək sifariş etməyin beş üstün cəhəti

İnternet üzərindən yemək sifariş etməyin beş üstün cəhəti



Hər keçən gün dünyada yemək sifarişi servisləri məşhurlaşır. Söhbət hazırda pizza və suşu sifarişlərindən deyil, internet vasitəsilə sifarişi mümkün olan adi qida məhsullarından gedir.

Bazardan və ya supermarketlərdən məhsulları almağa öyrəşmiş insan üçün bu servislər israfçılıq kimi görünə bilər.

Bununla yanaşı bu servislərdən istifadə edərək kassa önündəki uzun növbələrdən və külli miqdarda səbətlərdən qurtulmuş insanlar onlayn qida məhsulu sifarişi servisləri haqqında müsbət düşünürlər. Beləliklə, sizlərə qida məhsullarının internet üzərindən sifariş etməyin 5 üstün cəhətini təqdim edirik:

- Zaman dəyərli resursdur

Biz zamanın dəyərli resurs olduğunu düşünməyə öyrəşmişik. Lakin çox zaman bu düşüncəni ciddiyə almırıq. Təbii ki, hər bir insan öz zamanını necə keçirdəcəyinə özü qərar verir. Beləliklə, supermarketdə keçirilmiş yarım saat vaxt böyük bir itki kimi görünmür.

Lakin siz mütəmadi olaraq supermarketdən alış-veriş edirsinizsə, həftəlik olaraq supermarketdə çox zaman keçirdirsiniz. Həftədə bir neçə saat ayda 8 saat edir. Başqa sözlə desək, hər ay siz supermarketlərdə bütün bir iş gününü itirirsiniz. Bu isə artıq böyük bir itki kimi görünür. Elə deyilmi?

- Qənaət və alış-verişə nəzarət

İnternet üzərindən yemək sifariş verən şəxs servisə onun göstərdiyi xidmətə görə müəyyən dərəcədə pul ödəməlidir. Məhz buna görə bir çoxları düşünür ki, ən yaxşısı reallıqda edilmiş alış-verişdir. Lakin supermarketdə sizin daha az xərcləmə zəmanətiniz də yoxdur.

Tədqiqatlar sübut edir ki, ac alıcı tox alıcıdan daha çox vəsait xərcləyir. Bu isə o deməkdir ki, işdən sonra supermarketə baş çəkmiş şəxs ona əslində lazım olmayan məhsulları almaqda böyük riskə girir. İnternetdə isə bu cür səhvləri etmək çətindir. Hansısa saytda sağlam qida sifariş verən zaman siz sağlam qida ilə təmin olunursunuz. Qalan heç bir məhsul isə öz çəkici görünüşü və qoxusu ilə sizi cəlb etmir.

- Sağlamlıq üçün xeyir

Çantaların və ya zənbillərin daşınması çox zaman insanların sağlamlıqlarına mənfi təsir göstərir. Bəli, siz özünüz də bilirsiniz ki, əlinizdə ağır yük olan zaman ani hərəkətlər nəticəsində beldə və oynaqlarda müxtəlif problemlər yarana bilər. Əgər ağırlıq qaldırma sizin güclü xüsusiyyətlərinizdən biri deyilsə, onda internet üzərindən yemək və ya qida məhsulu sifarişi sizin sağlamlığınızı təmənnasız olaraq qoruyacaq.

- Sürətli və əlçatan

Bir çox servislər, çatdırılmanı 1-2 saat ərzində yerinə yetirirlər. İlk baxışdan bu göstərici heç də sürətli görünməyə bilər. Lakin siz işdə və ya nəqliyyatda olan zaman məhsulları öncə sifariş etsəniz onda evə gəldiyinizdan qısa bir müddət sonra həmin məhsullar sizə çatdırılacaq. Nəticədə sifariş üçün sizdən tələb olunan sadəcə internetə çıxışı olan smartfonun olmasıdır.

- Sakitlik və dinclik

Sıra növbəsi bəlkə də müasir cəmiyyətdə ən iyrənc bir xüsusiyyətlərdən biridir. Burda söhbət heç itirilmiş zamandan belə getmir. Sıra növbəsində gözləyən zaman digər insanlar tərəfindən itələnmək, darıxmaq və ya arxadakı insanın tənəffüsü böyük şəhər sakinlərinin yaşadıqları kəskin psixoloji işgəncədir.

İnternet üzərindən sifariş isə bütün bu problemlərdən azad olmağa imkan verir. Həmçinin onlayn servislər vasitəsilə sifariş, bizləri supermarketdə baş verən dəyişikliklərdən da azad edir.

Məsələn, bu gün siz hansısa məhsulu alırsınız, sabahısı gün isə həmin məhsulu almaq istəyən zaman görürsünüz ki, məhsulun satıldığı yer tamamilə dəyişilib. Bu zaman siz həmin məhsulu axtarmaq üçün bəlkə də bütün mağazanı gəzirsiniz. İnternet vasitəsilə edilən qida sifarişi stress və xaosla dolu həyatımızı bir az da olsun rahatlaşdırır.

Mənbə: Technote.az

Millitv.az
Oxşar xəbərlər
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət