Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub



Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Millitv.az APA-ya istinadan xəbər verir ki, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirə bilib. Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qıra bilib. Bakı Olimpiya Stadionunda baş tutan görüş Robert Prosineçkinin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ev oyunundakı qələbə komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib.

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

C qrupu

II tur

8 oktyabr

Azərbaycan - Norveç - 1:0

Qol: Maksim Medvedev, 12

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

Millitv.az
Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Mədəniyyət