Axtarış...

Naxçıvanda əhalinin YENİ ÇİLƏSİ... - GİLEY

Naxçıvanda əhalinin YENİ ÇİLƏSİ... - GİLEY


Naxçıvan şəhərində bəzi yüksək mərtəbəli binalarda su problemi yaşanır. Bura əsasən" 57-ci məhəllə" adlanan ərazidəki 9 mərtəbəli binalar aiddir. Bu binalara verilən suyun təzyiqi aşağı olduğundan, su 7, 8 və 9-cu mərtəbələrə çatmır.

Millitv.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a həmin binaların sakinləri məlumat verib. Şikayətçilər deyir ki, təzyiqi artırmaq üçün onlara zirzəmidə nasosdan istifadə etməyə də icazə verilmir:

"Bir neçə il bundan əvvələ kimi zirzəmilərə nasoslar qoymuşduq. O zaman içməli sudan normal qaydada istifadə edə bilirdik. Yeni xətt çəkdilər və nasosları ləğv etdilər. Dedilər ki, bundan sonra təzyiq yaxşı olacaq, nasosa və hidrofora ehtiyac yoxdur. Ancaq, əksinə təzyiq daha da aşağı düşdü. O gündən bəri, illərdir ki, su problem yaşayırıq”.
Şikayətçi B. A. deyir ki, zirzəmidə icazə verilmədiyi üçün, məcbur qalıb nasosu evə qoyub. Bu üsul isə, elə də işə yaramır:
"Su bir az gələndə nasosun köməkliyi ilə evdəki su qablarını doldururuq. Çox zaman isə suyun təzyiqi aşağı olduğundan bu da alınmır. Təzyiq aşağı olduğu üçün qızdırıcı da çox zaman işləmir. İstədiyimiz zaman hamamdan istifadə edə bilmirik. Çox zaman çimmək üçün orta əsrdən qalma üsuldan istifadə etməli oluruq. Yəni qablara topladığımız suyu ocaqda qızdırıb, çömçəylə çimirik. Hərdən təzyiqi o qədər aşağı salırlar ki, 5-ci mərtəbədən yuxarı ümumiyyətlə su qalxmır”
Şikayətçilər deyir ki, problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də heç bir cavab ala bilməyiblər:
"Sanki kimlərsə bu problemi süni şəkildə yaradır. Əslində şəhərin hər yerində su xətləri dəyişdirilib. Bir neçə istiqamətdən şəhəri təmin etmək üçün su çəkilib. Lakin hündürmərtəbəli binaların yuxarı mərtəbələrini su ilə təmin etmək üçün quraşdırılmış böyük nasosları işə salmırlar. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət olunsa da nəticəsi olmayıb".



Şərh yaz