Müxalifətin "mitinq"i fiaskoya çevrildi - FOTO

Müxalifətin "mitinq"i fiaskoya çevrildi - FOTO

"Bu mitinqdi?! Ay balam, bu biabırçılığa son qoyun. Müxalifəti niyə bu günə qoydunuz? Niyə milləti biabır etdiniz axı?! Dünya baxıb gülür sizə. Bari xaricdən erməni diasporunun sizə verdiyi pulları bolluca xərcləyərdiniz. Tüpürüm sizin müxalifətliyinizə. Məhv etdiniz biz gəncləri"
Azərbaycan müxalifitinin "ən əsas ruporu" sayılan Meydan TV-nin saytında bu gün Bakıda keçirilən müxalifət mitinqindən "canlı yayım"ı şərh edənlərdən biri, Vüqar Məmmədov az öncə yazıb.

Müxalifətin "mitinq"i fiaskoya çevrildi - FOTO

Lamiyə Məmmədova isə bildirib: "Bu mitinqdə əsas iş fotoqraflara düşür. Yazıqlar əllərindən gələni etməlidirlər ki, şəkildə kütlə göstərə bilsinlər. Məlum məsələdi axı, Milli Şura heç vaxt kütlə toplaya bilmir mitinqlərinə".

Millitv.az bildirir ki, Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq təşki etdiyi "etiraz mitinqi" müxalifətin növbəti fiaskosuna çevrilib.

Müxalifətin "mitinq"i fiaskoya çevrildi - FOTO

Yasamal rayonundakı Məhsul meydanına toplaşanlar AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənlinin həftələr əvvəldən bəri vəd etdikləri rəqəmlərdən dəfələrlə, hətta on dəfələrlə azdır.

Müxalifətçilərin iddialarının tam əksinə olaraq, polis insanlara aksiyaya qatılmağa əsla mane olmayıb. Mitinqə yollananlar yalnız meydanın qarşısında metalaxtaran turniketlərdə kiçik yoxlamalardan sonra buraxılırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi bu mitinqi AXCP sədri Əli Kərimli az qala "müxalifətin dirilişi" kimi təbliğ edir, Facebook-dakı profilində hamını mitinqə səsləyirdi.

Alınmadı, daha doğrusu Əli Kərimlinin çağırışları yenə də onun iddialı havasına qaldı.

AXCP sədrinin müavini Nurəddin Məmmədli belə, tribunada olarkən başını yelləyərək "mitinqlə bağlı gözləntilər"in doğrulmadığını etiraf edib.
Mitinqdə aparıcılıq edənlərdən biri isə sakramental kəlmələr söyləyib: "Yaxına gəlin, tribunaya yaxınlaşın, topa durun! Yoxsa deyəcəklər ki, mitinqdə heç kəs olmayıb".

Müxalifətin "mitinq"i fiaskoya çevrildi - FOTO

Meydana yığışan şəxslər çağırışa əməl edib tribunaya yaxınlaşanda ərazinin boşaldığını görən aparıcı fikrini dərhal dəyişib: "Bəylər və xanımlar, dağılışın, ətrafda durun! Hamınız burada dayananda meydan bomboş görünür!"

Əli Kərimlinin tərəfdarları mitinqə dini məzmunlu şüarlarla gəldikləri üçün bu plakatları polis onların əllərindən alıb və həmin şəxslərə mitinqdə radikal dini çağırışlarla təbliğatın yolverilməzliyini xatırladıb.

AXCP üzvləri Facebook səhifələrində də etiraf edirlər ki, "11 Sentyabr Mitinqi" kimi radikal müxalifət sıralarında reklam edilən aksiya uğursuzluğa düçar olub.

Səbəbsə trivialdır: xalq radikalların çıxışlarını olduğu kimi dəyərləndirib, yalanları gerçək kimi təqdim etməyə çalışanlara inanmadığını bir daha nümayiş etdirib.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət