Şimali Koreya nüvə sınağı faktını etiraf etdi

Şimali Koreya nüvə sınağı faktını etiraf etdi



Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 9-da nüvə sınağı keçirdiyini rəsmən təsdiq etdi.

Millitv.azxəbər verir ki, STAK agentliyinin yaydığı məlumata görə, bu barədə Nüvə Silahı İnstitutunun bəyanatında deyilir.

Qeyd edilir ki, sınağın məqsədi ballistik raketlərə quraşdırılacaq standartlaşdırılmış nüvə başlıqlarının tətbiqi haqqında məlumatın alınması idi.

Raket buraxılışı Koreyanın Əmək Partiyasının MK tərəfindən təsdiqlənmiş strateji nüvə qüvvələrinin yaradılması planının həyata keçirilməsi çərçivəsində yerinə yetirilmişdi.

Nüvə Silahı İnstitutu KXDR üçün bundan sonra lazımi sayda başlıqların istehsalının mümkün olduğunu bildirib.

Nüvə sınağı sentyabrın 9-da, Bakı vaxtı ilə saat 04:30-da KXDR yaranmasının 68-ci ildönümü günündə həyata keçirilib.

Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət