Şamaxı da Şəhriyar qəsəbəsinin icra nümayəndəsi Osmanov AğaQədir öz əlaltıları vastəsiylə İnsanların etibarından istifadə edərək onların əmlakını ələ kecirir.

Şamaxı da Şəhriyar  qəsəbəsinin  icra nümayəndəsi  Osmanov  AğaQədir öz əlaltıları vastəsiylə İnsanların etibarından istifadə edərək onların əmlakını  ələ kecirir.

Millitv.az Şamaxı rayonundan vətəndaşların çox saylı şikayətlərini nəzərə alaraq əməkdaşlarımız Şamaxı rayonuna ezam olundular .Yaranmış vəziyyəti obyektiv araşdıraraq vətəndaşların üzləşdiyi problemlərin aradan qaldırılması üçün deyilən ünvanlarda olaraq şikayətiçi olan şəxslərin fikirini bizi izləyənlərin nəzərinə çatdırırıq.

Edilən şikayətlərdə vətəndaşlar bizə bildirdilər ki, Şamaxı rayonunda Mədrəsə qəsəbəsində yaşasalarda ancaq Şəhriyar qəsəbəsinin icra nümayəndəsi olan Osmanov Ağa Qədir vətəndaşların etibarından sui istifadə edərək onların əmlakını özünün əlaltıları və oğlu Osmanov Natiqin vasitəsiylə mənimsəyərək ələ keçirib,

Bir neçə il bundan əvvəl Onlara verilmiş pay torpaqlarını vətəndaşlardan müəyyən hissəsini satmaq –icarəyə götürmək adıyla əvəlcədən hazırlanmış plan əsasında Şəhriyar qəsəbəsinin icra nümayəndəsi Osmanov AğaQədir öz əlaltısı olan Xudayar adında şəxsi Mədrəsə qəsəbəsində olan şəxslərin yanına yollayaraq onlardan torpaqlarının bir hissəsini icarəyə və yaxut müqaviləli şərtlərlərlə onlara satılmasını üçün danışıqlar aparmışdır.

Şirikləndirici vədlər verən Xudayar vətəndaşların pay torpağının kiçik bir hissəsinə böyük məbləğ təklif etdiyindən aldadılan Mədrəsə kənd sakinləri torpaqlarının bir hissəsini satmağa razılıq vermişlər.Yaranmış Fürsətdən istifadə edən Şəhriyar qəsəbəsinin icra nümayəndəsi Osmanov AğaQədir öz əlaltıları vasitəsiylə torpaqların tez sənədləşdirilməsini təklif etmişdir .

Bütün yaranan problemlərdə elə bindan sonra üzə çıxmışdır,insanların savadsızdığından məharətlə istifadə edən Ağa Qədir sənədləşmə aparılarkən torpaqların bir hissəsini yox bütünlüklə vətəndaşların adına olan pay torpaqları öz qohum əqrabasının və oğlu Osmanov Natik adında rəsimləşdirmişdir.
Sonradan vəziyyəti nə yerdə olduğunu görən sakinlər yaranmış problemlə bağlı rayon ərazisində müraciət etdikləri bütün instansiyalarda onların müraciətinə baxılmamışdır.

Və bu üzdən yaranmış problemlə aradan qaldırılması üçün Şamaxı rayon məhkəməsinə üz tutan sakinlər burdada Osmanov Ağa Qədirin təpki və təziqlərinə məruz qalmışlar Şamaxı rayon məhkəməsində Osmanov AğaQğaqədirin qurduğu bu oyunun cənginə düşmüş şəxslərin əleyhinə çıxarılmış qərarlardan Sumqayıt apilasiya məhkəməsinə şikayət edən şəxslər öz leyhlərinə çıxarılan qərarın icrası günün bu gününə qədər icra edilməsi müşkul məsələyə çevrilib.Çünki Osmanov AğaQğaqəd müxtəlif vastələrlə icra məmurlarınıda bu işdən çəkindirir.

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yaşayan sakinlərin başına gətirilən müsibətlərin ən ağılınasığmaz dərəcədə zərər çəkənlərindən biri olan Nuriyeva Əsli Bədəl qızıdır . Onun 2004 –cü ildə Mədrəsə bələdiyyəsindən 45 – il müddətinə icarəyə götürdüyü torpağın sənədlərini sonradan saxtalaşdıraraq və Bələdiyyədə olan arxiv sənədini Ləğv edərək belə bir sənədin bələdiyyədə olmadığını bildirdilər.Məqsəd Nuriyeva Əsli Bədəl qızıdır adına götürülmüş icarə torpağını sonradan Osmanov AğaQğaqədirin əlaltılarından biri olan şəxsin adına rəsimləşdirib həmən torpağı ələ keçirmək olub.

Bu azmış kimi Osmanov AğaQədir sonradan Şəhriyar qəsəbəsində yaşayan Neymtov Telpəridən Nuriyeva Əsli tərəfindən alqı satqı yoluyla alınmış pay torpağını ələ keçirmək üçün Osmanov AğaQədir Neymtov Telpəridən yanına gəlir və ona 500 manat pul təklif edərək bildirir ki,sən Əsliyə satdığın torpağı sənədləri dəyişərək özünə yaxın qohum olan Allahverdinin adına rəsimləşdirilməsini istəyir Neymtov Telpəri bu təklifdən imtina etdiyindən Osmanov AğaQədir başqa bir saxtakarlığa əl ataraq Şamaxı şəhərində yerləşən natarius xidmətində Neymtov Telpərinin xəbəri olmadan adına olan torpaq sahəsini Osmanov AğaQədir yaxın qohumu olan Allahverdinin adına rəsimləşdirir.

Bir daha bildirmək istəyirik Şamaxı rayonunun Mədrəsə qəsəbəsində sakinlərin bizə bildirdiyinə görə Osmanov AğaQədirin bu əməlləri 30 ailədən çox şəxslərin başına gətirilmişdi .Sakinlər bizimlə söhbətində Ağa Qədirin bu qanunsuz əməllərəri eləməklə Dövlət Neft Şirkətində yüksək vəzifədə çalışan bir məmura arxayın olmasında və özüdə mənim arxam güclüdür siz mənə heç bir şey edə bilməzsiz fikirini dediyini sakinlər bizə bildirdilər.

Aldığımız məlumata əsasən Osmanov AğaQədir bütün saxtalaşdırma əməliyatlatını Şamaxı rayonunda faliyyət göstərən Natarial xidmətində Baba adlı şəxsin vasitəsiylə həyata keçirib.

Bizi izləyənlərin nəzərinə onuda çatdırmaq istəyirik ki, Osmanov AğaQğaqədirin öz əlaltıları vasitəsiylə aldadıb əmlaklarını mənimsədiyi şəxslərin əksəryəti 1989 -1990 cı illərdə Özbəkistandan ölkəmizə pənah gətirmiş insanlardır.

Şamaxı rayonun Şəhriyar qəsəbəsinin icra nümayəndəsi AğaQədir Osmanovun insanların başına gətirdiyi müsibətləri aşağıdakı video müraciətlərdə izləyə bilərsiz.


MİLLİTV.az TƏQDİM EDİR : VİDEO YENİLƏNİB




Millitv.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət