Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB

Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB




Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

MİLLİTV.az FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb.

Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

10:51

Bakıda ticarət mərkəzində yanğın baş verib.

MİLLİTV.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yeni açılmış ticarət mərkəzində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, insanlar təxliyyə edilib və yanğın söndürülüb.
Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB
Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB
Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB
Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB
Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB
Bakıda ticarət mərkəzində yanğın olub – FOTO + YENİLƏNİB


MİLLİTV.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət