Dayı və bacı oğlunun əsarətindəki Ağsu

Dayı və bacı oğlunun əsarətindəki Ağsu













9 ildir rayona rəhbərlik edən Ənvər Seyidəliyevin fəaliyyəti neqativ məqamlarla zəngindir Nazir Səlim Müslümov rayonda hansı obyektləri özəlləşdirib? Ağsu rayonunda məmur özbaşınalıqları bitib-tükənmək bilmir. Apardığımız araşdırmalar nəticəsində məlum olur ki, Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayonda əhali müxtəlif sosial problemlərdən əziyyət çəkir. Mətləbə keçid almamışdan öncə qısaca qeyd etmək istəyirik ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib. 1975-1976-cı illərdə hərbi xidmətdə olub. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləyib. 18 dekabr 2007-ci ildən Ağsu rayonuna başçılıq edir. 9 ildir ki, icra başçısı işləyən bu şəxsin Ağsu camaatına indiyə kimi heç bir xeyri dəyməyib. Deyilənə görə, rayonda ən yaxşı vəzifələrdə işləyən və yaxşı dolananlar isə yalnız icra başçısının yaxın qohumlarıdır. Başqa sözlə desək, Ağsu rayonu sanki Ənvər Seyidəliyevin və qohumlarının şəxsi mülkünə çevrilib. Araşdırmalar göstərir ki, icra başçısının qanunsuz əməlləri yerli əhalinin səbr kasasını daşdırıb. Əldə etdiyimiz məlumatlara görə, bu şəxs icra başçısı təyin olunandan sonra rayonun 16 kəndinin Sovet dövründə qurulmuş meliorasiya borularını 2-2, 5 metr dərinlikdən sökərək metallom kimi satıb: «Həmin kəndlərin torpaq sahələri heç bir əkinçilik üçün yaramır, artıq torpaqlar şoranlaşıb. Quzey kəndindən çəkilən bulağın borularını Hacıqədirli və Ərəbmehdibəy kəndlərində sökülmüş meliorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən 800000 manat pulu mənimsədi. Həmin bulağın suyu heç nəyə yaramır. Bundan başqa, vərəm dispanseri yandırıldı və yeri özəlləşdirildi. Ağsu şəhərində maşın və traktorların birliyi 5 ha sahə də özəlləşdirilib. Rayon xəstəxanasının yanındakı yarımçıq tikili olan bağça binasını başçının nazir işləyən bacısı oğlu Səlim Müslümov özəlləşdirib. Hər il Ağsuda 200 ha torpaq sahəsi Ənvər Seyidəliyev tərəfindən əkilir, yaxud əkilmir, ancaq subsidiyalar mənimsənilir. Başçı tərəfindən 700 ha torpaq sahəsi, Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyə adından satılmış və əldə edilən maliyyə vəsaitləri mənimsənilib. Bico kəndində 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha torpaq sahəsi Ənvər Seyidəliyev tərəfindən hektarı 2100 azn-ə alınıb. Torpaq alqısı hələ də davam etməkdədir. Girdiman çayında Səlim Müslümovun drabilkası və daş karxanası var. Ümumiyyətlə, Girdiman çayı özəlləşdirilib. Ənvər Seyidəliyevin açdığı daş karxanası və tamet pilitə sexləri var». Araşdırmalar nəticəsində həmçinin o da məlum olur ki, ötən 9 il ərzində dövlət büdcəsindən Ağsu rayonunun abadlaşmasına, müxtəlif infrastruktur işlərin görülməsinə ayrılmış milyonlarla vəsaitin böyük hissəsi göyə sovrulub. İddialara görə, icra başçısı həmin layihələrin əksəriyyətini özünə yaxın olan şirkətlərə həvalə etməklə milyonlara sahib çıxıb. Hələ bu harasıdır. Növbəti yazıda Ənvər Seyidəliyevin bacısı oğlu Hacı Möhkəmin törətdiyi özbaşınalıqlar, camaatın pulunu mənimsəməsi və hər yerdə Səlim Müslümovun adından istifadə etməsi məsələsinə toxunacağıq.
Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
Oxşar xəbərlər
«    Август 2018    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət