Axtarış...

ƏƏSMN məmurları ehtiyacı olanlara ayrılan yardımları mənimsəyir - İTTİHAM

ƏƏSMN məmurları ehtiyacı olanlara ayrılan yardımları mənimsəyir - İTTİHAM

"Koronavirus epidemiyası səbəbindən hökumətin qəbul etdiyi sosial yardım təyinatı üzrə ayrılmır. Yardımın ehtiyacı olanlara – müvəqqəti iş yerlərini itirənlərə və işsiz uçotunda olanlara verilməsi nəzərdə tutulsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) NK yanında Operativ Qərargahın müəyyən etdiyi 190 manatlıq vəsaitin məcburən işləməyənlərə verilməsinə təhkim edilsə də, gerçəkdə ƏƏSMN məmurlarının sosial “koronavirus yardımları”nı çeşidli imtina bəhanələri ilə mənimsəmələri bəlli olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu imtina bəhanələrindən ən geniş yayılmışı işsiz kimi uçotda olan şəxsin “aktiv VÖEN -in müəyyən edilməsi”, yəni işsizin əslində işləməsidir. Bəhanənin absurdluğuna fikir verin, ƏƏSMN -in məşğulluq mərkəzində işsiz uçotunda olan şəxsi ƏƏSMN (!) işçi kimi qələmə verir?! Belədə deyirlər, işsizdirsə necə işləyir, yox, işləyirsə, necə işsiz uçotundadır? Eyni zamanda, lap tutaq ki, kimsənin aktiv VÖEN -ini ƏƏSMN müəyyən edib, axı, bu VÖEN-in nömrəsini , kim bilməsə də, İqtisadiyyat Nazirliyinin (İN) Vergi Xidməti bilməlidir! Axı, VÖEN-i verən elə İN-in Vergi Xidmətidir! İndi “paradoksal” özbaşınalığa baxın, ƏƏSMN işsiz uçotuna aldığı şəxsin İN-in VÖEN-İ ilə işlədiyini bildirir, İN də VÖEN -lə “işlətdiyi” vergi ödəyicisinin VÖEN -ni bilmir ! (?) Və. .. 3-cü aydır sosial təminat hüququ pozulan şəxs (lər) nə İN-dən, nə ƏƏSMN -dən sözügedən özbaşınalığa aydınlıq gətirilməsinə nail ola bilir! (?) Heç bir cavab verilmir! Hətta Ombudsman da açı-aşkar hüquq pozuntusuna biganədir. Xətai rayonu, Neapol küçəsi, ev 18a, m. 11 ünvanında yaşayan , Xətai rayon məşğulluq mərkəzində işsiz uçotunda olan xanımın şikayətini Ombudsman Aparatı araşdırmaqdan imtina edib ki, öncə ƏƏSMN -ə müraciət edilməlidir . Halbuki vətəndaş elə ƏƏSMN -ə müraciətinə qanuna zidd cavab verilməsindən, indi isə 3-cü aydır ümumiyyətlə cavab verilməməsindən şikayətçidir. Eyni zamanda, 3-cü aydır İN yanında Vergi Xidməti də vətəndaşın VÖEN-ini müəyyən edə bilmir?

Bu faktlar karantin rejimində sosial yardımların da “karantinə alınması”nı ortaya qoyur. Özü də tibbi karantin rejimi müvəqqəti , “maskalı” olsa da, sosial karantin rejimi daimidir və “müalicəsi” də DTX-nın maskalılarının əlindədir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Daha çox xəbər

Şərh yaz