Axtarış...

Lerikdə şəhid ailəsini çarəsiz vəziyyətə salan kimdir

Millitv.azRedaksiyamıza müraciət edən Lerik rayon Vistel kəndinin sakini Murad adlı şəxs 1996 - cı ildə cəbhə bölgəsində şəhid olan əmisi Feyziyev Rauf Bilal oğlunun, tənha yaşayan anası Feyziyeva Xannənənin həyat şəraitinin yaxşılaşdırılması üçün , dövlət tərəfindən imtiyazlı ailə kimi 2015 - ci ildə tikilmiş fərdi yaşayış evi bu günə qədər yekunlaşdırılıb təhvil sahibimə təhvil verilməyib verilməyibdir.

Yaranmış vəziyyətlə əlaqədar ailə üzvləri dəfələrlə evin tikilib başa çatdırılması üçün rayon İcra Hakimiyyətinə və aidiyatı qurumlara müraciət etsələr də demək olar ki , bu insanların səsini eşidən olmayıb.

Demək olar ki,2015 - ci ildə şəhid ailəsi üçün inşa olunan bu yaşayış evinin tikinti işləri yekunlaşsada , su və elektirik xəttlərinin çəkilməməsi və evin digər yekunlaşdırılma üçün nəzərdə tutlan işlər 6 - ildə tam başa çatmadığından artıq ev baxımsız vəziyyətə düşüb.Yaranmış vəziyyətlə əlaqədar rayon icra başçısının müavini Habil Məlikovla əlaqə saxladıq .O bizə bildirdi ki ,2015 ci ildə rayonda 2 şəhid ailələsi üçün fərdi yaşayış evi tikilsədə bu günə qədər evlərin sahiblərinə təhvil verilməməsinin günahı Rayon icra hakimiyyətində yox Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindədir çünki mənzillərin tikintisi bu nazirlik tərəfindən aparılıb.Habil müəllim bu vəziyyətlə əlaqədar rayon İcra hakimiyyəti başçısının dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə etdiyi müraciətlərə müsbət cavab ala bilmədiyinidə bildirdi.

Çarəsis qalan şəhid Ailəsi , yaranmış vəziyyətdən çıxış yolunu , məsələnin ictimailəşdirilməsində gördüklərindəm üzlərini mediyaya tutdular.



Millitv.az


Daha çox xəbər

Şərh yaz