Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib


Baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında”qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”ndə dəyişiklik edib.

Qüvvədə olan Qaydalara əsasən, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Tarif Şurası tərəfindən müəyyən edilib.
Oxşar xəbərlər
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət