Təzə deputatın ,Zülümov sayağı paylaşımı

Təzə deputatın paylaşdığı bu foto tənqid olundu – Zülümovsayağı...

Son günlər mətbuatda və sosial şəbəkəlrdə bəzi köhnə və yeni deputatların belə demək mümkünsə, konfliktinə, bir-birinin ünvanına yönələn atmacalarına rast gəlinir. Yenilər köhnələri passivlikdə, astagəllikdə, onlar da yeniləri təcrübəsizlikdə və bundan irəli gələrək, yeri gəldi-gəlmədi danışmaqda günahlandırırlar. Sıravi vətəndaş üçün əlbətəə ki, bu dartışma o qədər də maraqlı görünmür. Çünki köhnəli-təzəli deputatların böyük əksəriyyəti onsuz da “eyni küçənin döngəsindən və eyni ağacın kölgəsindən” keçərək, parlamentə düşüblər....

Təbii ki, köhnə deputatlarla bağlı hər şey - qabiliyyətləri, savadları, mənəvi keyfiyyətləri, siyasi dünyagörüşləri və s. çoxdan bəllidir və kimsə onlardan yeni və qeyri-adi bir şey gözləmir. İndi isə buyursunlar yenilər özlərini göstərsinlər və sübut etsinlər ki, növbədənkənar seçkilərlə formalaşan yeni parlament məhz gənc deputatların sayəsində əvvəlkindən keyfiyyət göstəricisinə görə üstündür. Göstərə bilirlərmi?...

Təəssüf ki, cəmiyyətin az-çox ümidlə yanaşdığı gənc heyətin böyük qismi kreslosunu tutduqları sələflərindən xüsusilə də mənəvi keyfiyyətlərinə görə bir o qədər fərqlənmirlər. Yenilərin böyük qisminin düşüncəsinə, dünya görüşünə və bundan irəli gələrək, verdikləri açıqlamalara, paylaşdıqları statuslara, nəhayət davranışlarına diqqət yetirəndə görürsən ki, sanki köhnə “plastinka”nı götürüb, yerinə eyni mahnının yazıldığı yenisini qoyublar – sadəcə, ili təzədir!

Dərc etdiyimiz fotonu Goranboydakı seçicilərdən biri göndərib. Bu şəkli 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Anar Məmmədov özünün sosial şəbəkə səhifəsində paylaşıb. Yəni özü çəkdirib və məhz bu cür montaj edərək, səhifəsinə yerləşdirib.

Məşhur Zülümov sayağı ədayla çəkilmiş bu fotodakı cavan oğlan deputat, digər şəxs isə evi yanmış bir Goranboy sakinidir, yəni belə demək mümkünsə, onun seçicisidir. Deputat həmin şəxsin yanmış evinin bərpasına köməklik etdiyini bildirir və bunu öz səhifəsində məhz bu formada paylaşır.

Təbii ki, özü-özlüyündə dara düşmüş insana yardım etmək yaxşı əməldir və təqdir olunmalıdır. Lakin bunu bu formada, səviyyədə reklam edib, bu ədayla təqdim etmək, görülən işin “içinə etməyə” bərabər deyilmi? Ümumiyyətlə, sovetlərin kolxoz sədrlərindən, yaxud rayon birinci katiblərindən qalma ədalarla şəkillər çəkdirib paylaşmaqla, yeni, müasir dünyagörüşlü və düşüncəli millət vəkili anlayışı nə dərəcədə bir araya sığır?

Görəsən, Bakıda hansısa göydələndəki lyuks, sərin ofisində çox vacib şəxs pozası alaraq, kənddə günün altında canıyla əlləşən, yanan evinin, külfətinin hayında olan insanla telefon danışığını paylaşıb reklam etmək elə həmin binəvaya qarşı hörmətsizlik deyilmi?

Səhifəsində əsas etibarilə sözügedən şəkildən və şablon təriflərdən başqa heç nə olmayan bu gənc millət vəkilinə bir başa salan da yoxdur ki, onun hazırkı rəsmi vəzifəsi dövlətin, hakimiyyətin adından danışmaq, onun addımlarını tərif və təqdir etmək yox, seçicilərinin səsini çatdırmaq, problemlərini qaldırmaqdır...

Ümumiyyətlə, hörmətli gənc deputatımız barədə mətbuatda yazılanlardan belə çıxır ki, YAP-ın siyahısı üzrə Goranboydan deputat olan A.Məmmədovun həmin siyahıya və sonradan da parlamentə düşməsində vaxtilə Ziya Məmmədovun biznes ortağı kimi tanınan qaynatası Qulam Ələkbərovun böyük rolu olub – təbii ki, babalı yazanların boynuna və bizim bunu nə təsdiq, nə də təkzib etməyə heç bir əsasımız yoxdur. 



Millitv.az
Oxşar xəbərlər
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət