Axtarış...

Azərbaycanda kimlər general-polkovnikdir? - Siyahı



Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

Millitv.az ın məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 20-yə çatıb. Bundan əvvəl isə, 19 məmura general-polkovnik rütbəsi verilib.

Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:

1. Zakir Həsənov - Müdafiə naziri, ali hərbi rütbə

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ali hərbi rütbə

3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi, ali hərbi rütbə

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri, ali hərbi rütbə

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, ali hərbi rütbə

6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, ali hərbi rütbə

7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, ali hərbi rütbə

8. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə

9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri, ali hərbi rütbə

10. Eldar Mahmudov - sabiq Milli Təhlükəsizlik naziri, ali hərbi rütbə

11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı), ali hərbi rütbə

12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbə

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri, ali hərbi rütbə

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini, ali hərbi rütbə

19. Vilayət Eyvazov - Daxili İşlər naziri, ali hərbi rütbə

20. Məhərrəm Əliyev - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, ali hərbi rütbə


Daha çox xəbər

Şərh yaz