Axtarış...

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - ÖLƏNLƏR ARTIR



Son 24 saatda Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.

Xatırladaq ki, 21 iyunda 491 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.


Daha çox xəbər

Şərh yaz