Axtarış...

Milli Məclisin deputatları koronavirus testindən keçirilir


Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

APA-nın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.


Qeyd edək ki, dünən deputat Sahib Alıyev APA-ya açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.



Şərh yaz