Axtarış...

Azərbaycanda məhkəmə sədrlərinin adından DƏLƏDUZLUQ — Hüquqşünasın şok əməlləri

Azərbaycanda məhkəmə sədrlərinin adından DƏLƏDUZLUQ — Hüquqşünasın şok əməlləriAzərbaycanda dələduzluqda ittiham olunan hüquqşünas Şükür Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Məhəmməd Abbasovun etibarından sui-istifadə edərək, sonuncunun Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin itirilmiş sənədlərinin bərpası, həmin torpaq sahəsinin özəlləşdirilməsi və sonuncunun qardaşı Yusif Abbasovun ata evlərində olan payından imtina etməsi qarşılığında sonuncuya ev tikib verəcəyini yalan vəd verib.

Şükür Hacıyev aldatma yolu ilə 16 oktyabr 2014-cü ildə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 400 manat, 27 sentyabr 2014-cü ildə həmin yerdə 400 manat, 10 avqust 2015-ci ildə Sumqayıt şəhəri, 12-ci mikrorayon, 2 saylı evin qarşısında 2000 manat, 5 iyun 2016-cı ildə həmin yerdə 4200 manat, 13 aprel 2017-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 2200 manat alıb.

Bundan başqa, Şükür Hacıyev Tofiq Zeynalovun etibarından sui-istifadə edərək, sonuncunun qardaşı qızı Aidə Şahverdiyevanın məhkəmədə olan mülki işini tanışlarının vasitəsi ilə xeyrinə həll etdirəcəyini yalan vəd verib. O, aldatma yolu ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 15 fevral 2015-ci ildə 600 manat, 5 iyun 2015-ci ildə 500 manat, 16 iyul 2016-cı ildə 500 manat, 27 iyun 2016-cı ildə 100 manat və 5 avqust 2017-ci ildə 50 manat alaraq ələ keçirib.

Şükür Hacıyev Yolçu Tağıyevin məhkəmədə olan mülki işini tanışlarının vasitəsi ilə onun xeyrinə həll etdirəcəyini yalan vəd verib, onun ümumilikdə 1100 manat məbləğində ziyan vurmaqla, dələduzluq edib.

Daha sonra Şükür Hacıyev Nərgiz Vəliyevanın etibarından sui-istifadə edərək, Sumqayıt şəhər Məhkəməsinin 3 dekabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Saray qəsəbəsində yerləşən evinin hərraca çıxarılaraq satılacağı, həmin evin hərracdan alınacağı və Nərgiz Vəliyevanın adına sənədləşdiriləcəyini yalan vəd verib. O, Nərgiz Vəliyevanı aldadaraq 20 dekabr 2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 4000 manat, 9 mart 2016-cı ildə “Acces Bank”-ın Sumqayıt filialında 20000 manat, 16 mart 2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 22000 manat və 10 sentyabr 2017-ci ildə Sumqayıt şəhəri, “4 Qardaş” şadlıq evinin qarşısında 350 manat alıb.

İstintaq orqanı tərəfindən Şükür Hacıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar rüşvət alma)və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Şükür Hacıyev 3 il 10 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Şükür Hacıyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Apellyasiya şikayəti belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi tərəfindən onun barəsində hökm çıxarılarkən işin halları tam araşdırılmayıb, qanunsuz və əsassız hökm çıxarılıb.

Əməllərində cinayət tərkibi olmadığını qeyd edən Şükür Hacıyev zərərçəkmiş şəxslərlə yaranmış münasibətlər mülki xarakterli öhdəlikdir. Onun sözlərinə görə, birinci instansiya məhkəməsinin hökmündə 4 epizodda dələduzluq etdiyi qeyd edilib:

“Lakin zərərçəkmiş şəxslər Tofiq Zeynalov, Məhəmməd Abbasov və Yolçu Tağıyevdən pul alaraq onlara hüquqi yardım etmişəm, niyyətim dələduzluq etmək olmayhıb. Zərərçəkmiş Nərgiz Vəliyeva ilə də onun məhkəmə işlərinin aparılması üçün tapşırıq müqaviləsi imzalamışam, nümayəndəsi kimi məhkəmə proseslərində iştirak etmişəm. İttihamda qeyd edilən məbləğin mənə verilməsi, bu epizod üzrə dələduzluq etmək faktı öz təsdiqini tapmayıb”.

Şükür Hacıyevin apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Şükür Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb.


Daha çox xəbər

Şərh yaz