Axtarış...

Daha bir xəstəxana koronaviruslu xəstələrə ayrıldı - TƏBİB


Kliniki Tibbi Mərkəz (KTM) (keçmiş "Semaşko" xəstəxanası) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

Bu barədə TƏBİB-dən bildirilib.

KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər.


Daha çox xəbər

Şərh yaz