Axtarış...

İranın Azərbaycandakı səfiri Dağlıq Qarabağ icmasının sədri ilə görüş keçirdi



İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşüb.

Millitv.az verdiyi xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Səfirliyin məlumatına görə, tərəflər regionda mövcud vəziyyəti müzakirə ediblər.

Səfiri Cavad Cahangirzadə Tural Gəncəliyevlə keçirilən görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ üçün ən yaxşı yol olduğunu bildirib.


Millitv.az


Daha çox xəbər

Şərh yaz